Təbiət və texnologiya

İnsanoğlu hər keçən gün texnologiyada yenilikləri qeyd edir, dizayn və istehsalda möcüzələr meydana gətirir. İnsan, özünə Allahın verdiyi qabiliyyətlərlə yeni məhsullar hazırlaya bilir və istehsal edə bilir. Lakin bu nöqtə çox əhəmiyyətlidir; çünki bu qabiliyyəti özünə Allah vermişdir. Bu səbəblə, adamın qürurlanmağa ya da böyüklənməyə haqqı yoxdur.
Bunun belə olduğunun bir dəlili də təbiətdir. Ətrafına diqqətli gözlə baxan hər insan Allahın təbiəti saysız möcüzələrlə təchiz etdiyini görəcək. Bitkilərdən, heyvanlara, qurulardan dənizlərə qədər hər yer və hər canlı təəccüblü xüsusiyyətlərlə təchiz edilmişdir. Məhz texnologiyaya nümunə olan canlıların tanıdıldığı bu hissənin bir məqsədi də, insanın öz bacarığıyla çatdığını sandığı şeylərin, təbiətdə onsuz da var olduğunu göstərmək və insanın öz-özüylə öyünməsinin nə cür böyük bir səhv olacağını xatırlatmaqdır.
İnsanlığın böyük bir məlumat təcrübəsi, illərlə sürən tədqiqatlar, məşğuliyyətlər və texnoloji inkişaflar nəticəsində istehsal etdiyi bəzi şeylər təbiətdə milyonlarla ildir var. Bunu bilən elm adamları çox uzun müddətdir ki, təbiəti müşahidə edir və kəşflərində təbiətdən faydalanırlar. Yenə təbiətdəki nümunələrə baxaraq yeni modellər inkişaf etdirməyə başlamışlar. Öz istifadə etdikləri texnikalarla təbiətdəki mükəmməl texnikalar arasında çox böyük bir fərq olduğunu da heyrətlə fərq etmişlər. Bu da onları təbiətə hakim olan üstün bir ağıl sahibinin varlığına aparmışdır. Çünki bütün bu incəliklərin təsadüflərlə meydana gəlməsinin qeyri-mümkün olduğunu görürlər. Elm yoluyla qavradıqları bu üstün ağılın sahibi, şübhəsiz göylərin və yerin Rəbbi olan Allahdır.
Misal olaraq, əvvəllər "V" formalı hazırlanan gəmi burunlarına, delfinlər araşdırıldıqdan sonra, "delfin burnu" adı verilən bir çıxıntı yerləşdirilmişdir. Çünki, delfinlərin burun dizaynlarının, suyun ən mükəmməl şəkildə yarılması üçün ideal olduğu aydın olmuşdur. Əlbəttə, delfinin yalnız burun quruluşu deyil, daşıdığı bütün xüsusiyyətlər özü üçün idealdır, çünki hər biri "qüsursuzca yaradan" (Həşr surəsi, 24) Allahın əsəridir.
Bu hissədə, delfin nümunəsində olduğu kimi təbiətdən təqlid edilərək edilən modellərə yer verəcək və Allahın yaradışındakı üstünlüyə diqqət çəkəcəyik. Canlılardakı hər biri dizayn möcüzəsi olan bu xüsusiyyətlər, Allahın böyüklüyünü təqdir etmək baxımından əhəmiyyətlidir. Burada yer verilən canlıların xüsusiyyətləri milyonlarla ildir, yəni yaradıldıqları andan bəri vardır. Halbuki, insanoğlu bunları ancaq son bir-iki əsrdir təqlid edə bilir. Allahın ucalığını görə bilənlər üçün, təbiətdəki hər şey belə xüsusiyyətlərlə təchiz edilmişdir. Bu vəziyyəti Allah bir ayədə belə xəbər verir:

 

Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. (Qaf surəsi, 8)

 

Təyyarə dizaynerləri quş qanadlarını nümunə götürür
Quşlar uçarkən qanadlarını məruz qaldıqları şərtlərə görə ən yaxşı şəkildə istifadə edərlər. İstilik və külək kimi dəyişliklərə görə lazım olan dəyişiklikləri avtomatik olaraq edəcək bir şəkildə yaradılmış olduqları üçün də ən yaxşı uçucu olaraq qəbul edilərlər. Hal-hazırda təyyarə texnologiyasına istiqamət verən firmalar quşların bu yaradılış xüsusiyyətlərindən faydalanaraq layihələr hazırlayırlar.
NASA, Boeing şirkəti və ABŞ Hava qüvvələri, təyyarəyə yerləşdirilmiş bir kompyuterdən gələn məlumatlara görə forma dəyişdirmə qabiliyyəti daşıyan, şüşə liflərdən hazırlanmış elastik qanad hazırlamışlar. Bəhsi keçən kompyuter eyni zamanda uçuş şərtlərini (istilik, külək qüvvəsi) bildirən ölçü cihazlarının verdiyi məlumatları işləmə qabiliyyətinə də sahib olacaq. Kompyuter bu şəkildə aldığı məlumatlara görə, qanadların əyriliyini ən uyğun şəkildə dəyişdirə biləcək.
Bu mövzuda işləyən bir başqa firma da Airbusdur. Airbus da təyyarənin qanadlarına, eynilə quşlarınkı kimi uçuş şərtlərinə görə şəkil ala bilmə xüsusiyyəti qazandıracaq uyğunlaşan qanadlar (adaptive wings) hazırlamağa çalışır. Məqsədləri isə yanacaq sərfini ən aza endirməkdir.
Qısacası, quşların uçuş şəkilləri və qanad quruluşları tam mənasıyla dizayn möcüzəsidir. Quşlardakı bu bənzərsiz dizayn illərdən bəri təyyarə mühəndislərinin ilham qaynağı olmuşdur. Allah bu canlıları uçmağa ən əlverişli sistemlərlə təchiz etmişdir.

 

Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. (Mumunun surəsi, 21)

 

Quşların qanad quruluşları dizayn möcüzəsidir. Quş, eyni qanad quruluşuyla həm istidə, həm də soyuqda uça bilər. Küləkdə ya da sakit havada da eyni qanadlarla uçar. Quş dəyişən şərtlərə qarşı qanadını ən müvəffəqiyyətli şəkildə istifadə edərək uça bilər. Quşların bu üstün xüsusiyyəti elm adamlarının diqqətini çəkmiş və dəyişən şərtlərə görə forma dəyişdirə bilən qanadlar hazırlamağı məqsəd qoymuşlar. Şəkildə bu məqsədlə hazırlanan bir qanadın hissəsi görülür.

 

Köpək balığı dərisindən nümunə götürülərək
hazırlanan çimərlik geyimləri və suyun səth müqaviməti
1/100 saniyənin qızıl medalı müəyyən etdiyi olimpiya yarışmalarında, yarışçılara görə suyun bədənlərinin üzərində meydana gətirdiyi sürtünmə qüvvəsi olduqca əhəmiyyətlidir. Bu səbəblə, bir çox üzgüçü, sürtünmə qüvvəsini ən aza endirəcək yeni çimərlik geyimləri seçir.
Bu çimərlik geyimləri üzgüçüdə olduqca geniş bir səthi əhatə edər və bədənə sıx yapışar. Çimərlik geyiminin parçası, şaquli qatran zolaqlar üzərində köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan toxumadan ibarətdir.
Köpək balıqları üzərində skan edən elektron mikroskopuyla edilən tədqiqatlarda, balığın dərisinin zolaqlarla ehtiva edildiyi görülmüşdür. Zolaqlar, şaquli su girdabları və ya su spiralları meydana gətirərək suyu balığın bədəninə daha çox yapışdırar və suyun üzməyə qarşı müqavimətini azaldar. Zolaqların bu təsiri "Ribblet təsiri" olaraq bilinər və bu mövzu ilə əlaqədar NASA-nın Langley Tədqiqat Mərkəzində Ribblet dəri tədqiqatları aparılır. Son on ildir ki, bu təsir çimərlik geyimləri üzərində tətbiq olunur.

Yeni liflər və yeni toxuma texnikaları ilə hazırlanan çimərlik geyimləri, üzgüçünün bədənini əhatə edərək suya ən az müqavimət göstərəcək şəkildə istehsal edilir. Necə ki, aparılan tədqiqatlar bu çimərlik geyimlərinin digər çimərlik geyimi tiplərinə nisbətən sürtünmə qüvvəsini 8% nisbətində azaltdığını göstərmişdir.

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.