Son söz

Saytın əvvəlindən bu yana araşdırdığımız bütün canlılar, bütün sistemlər bizə açıq olaraq bunu göstərdi: Bütün kainat və içindəki bütün varlıqları Allah yaratmışdır. İnsan da daxil olmaq üzrə, hər canlı həyatını Allaha borcludur. Canlılara həyat verən də, onları müəyyən bir vaxta qədər canlı saxlayan da Odur. Həyatda olduqları müddətcə onları bəsləyən, qoruyan, onlara şəfa verən də yenə Allahdır.
Allahın yaratmasının dəlilləri –ki, bunların ancaq çox az bir qismini kitab boyunca araşdırmağa çalışdıq- o qədər açıqdır ki, bir az ağıla və vicdana sahib hər hansı bir insan yuxarıda saydığımız həqiqətləri asanlıqla görüb qəbul edə bilər. Ancaq insanın bu nöqtəyə qədər gəlməsi, yəni ətrafının Allahın yaradışını göstərən dəlillərlə dolu olduğunu qəbul etməsi kafi deyil. Quranda, Allahın varlığını qəbul edən, ancaq yenə də doğru yolda olmayan kəslərdən belə danışılır:

 

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz!
(Yunis surəsi, 31-32)

 

Ayədə izah edilən insan modeli çox əhəmiyyətlidir: Bəhsi keçən kəslər, özlərinə Allahın varlığı və sifətləri ilə əlaqədar olaraq soruşulan bütün suallara doğru cavab verir, hər şeyi Allahın yaratdığını qəbul edirlər. Ancaq buna baxmayaraq yenə də özlərinə "Bəs belə olduğu halda Allahdan qorxmursunuz?" ya da "Siz necə də haqdan döndərilirsiniz!" kimi xəbərdarlıqlar edilir.
Bu bizə bunu göstərər: Allahın varlığını qəbul etmək, "azğınlıq"dan xilas olmaq mənasını vermir. (Şeytan da Allahın varlığını rədd etməz, ancaq Ona üsyan edər). Bir insan Allahın varlığını, yalnız bəzi ənənəvi inancların təsiriylə, mənasını qavramadan da təsdiq edə bilər. Necə ki, yuxarıdakı ayədə təsvir edilən insan modeli bu şəkildədir. Bu kəslər, Allahın varlığını yalnız sözdə qəbul edir, ancaq bu böyük həqiqət üzərində düşünmür, bu böyük həqiqətin mənasını qavraya bilmirlər. Quranda bu vəziyyət "Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!" (Həcc surəsi, 74) ayəsiylə açıqlanar.
Buna qarşılıq, Allahın qədrini haqqıyla təqdir etməyə başlayan bir insan yuxarıdakı modeldən çox fərqlidir. Çünki o insan artıq görər ki, bütün kainat bir məqsədə görə yaradılmışdır. Öz yaradılışının məqsədi isə, kainatın hər küncündə yer alan yaradılış həqiqətini (Allahın ayələrini) görmək, və bunun Sahibini tərifləyib, Ona təslim olmaq, Ona qulluq etməkdir. Allah, bu həqiqəti "Mən, cinləri və insanları yalnız mənə qulluq etsinlər deyə yaratdım" (Zəriyət surəsi, 56) ayəsi ilə xəbər verər. Kainatdakı bütün ayələr də insana Allaha qul olma vəzifəsini xatırlatmaq üçündür. Bunu xəbər verən bir ayədə Allah belə buyurur:

 

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır." (Ənam surəsi, 102)

 

Madam insanı bir damla sudan yaradan, onu böyüdən, bəsləyən, ona eşidən və görən yaradan, xəstələndiyində sağlamlığına qovuşduran (bədənin inanılmaz müdafiəetmə sistemini də, dərmanları da, tibbə aid məlumatları da, həkimləri də Allahın yaratmış olduğunu unutmayın) Allahdır; bu səbəbdən insan əlbəttə yalnız Ona qul olmalı, Ona ibadət etməli və Ona itaət etməlidir.
Bir insanın Allaha qulluq etdiyinin ən açıq göstəricisi isə, Ondan qorxub-çəkinməsidir. (Allahı yalnız sözdə tanıyanlar isə, yuxarıda verdiyimiz kimi Yunis surəsinin 32-ci ayəsinə görə, Ondan qorxub-çəkinməyənlərdir). Bəli, Allaha həqiqətən inanan (iman edən) bir insan Ondan qorxar və Ona qarşı gəlməkdən çəkinər. Çünki Allahın kainatın dörd bir tərəfindəki ayələrini görür, Onun böyük gücünü, böyük ehtişamını da hiss etmiş olur.
Ayrıca, Allaha iman edən bir insan, Onun kitabından bir başqa həqiqəti daha öyrənər: Bu kainat və bu dünya yalnız keçici bir müddət üçün yaradılmışdır. İnsan burada qısa bir müddət qalacaq. Daha sonra da, Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!” (İnşiqaq surəsi, 6) hökmü gərəyi, Allaha dönəcək. Onun özünə verəcəyi yeni bir bədənlə əbədi axirət həyatına başlayacaq. Bu həyatının sonsuz gözəlliklərlə dolu olan cənnətdə, yoxsa böyük bir əzabın yaşandığı cəhənnəmdə keçəcəyi isə, dünyada etdiklərinə bağlıdır. Əgər dünyada Allaha itaət edər, Ona qul olar və Onun yolunu izlərsə, Allahın razılığı (məmnuniyyəti) və cənnətlə mükafatlandırılacaq. Allaha üsyan etdiyi təqdirdə isə axirətdə onun üçün yalnız alçaldılma və cəhənnəmin yandırıcı əzabı vardır.
Məhz dünyanın ən böyük həqiqəti budur və insan üçün də bundan daha əhəmiyyətli bir şey ola bilməz...
Ancaq ilk başda da ifadə etdiyimiz kimi, bəzi insanlar bu həqiqətə gözlərini bağlamağa, Allahın varlığını tanımamağa ya da yalnız sözdə tanımağa və axirəti unutmağa son dərəcə meyillidirlər. Bu vəziyyət Quranda hz. Yusifin dilindən belə izah edilər: "...Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir." (Yusif surəsi, 40). Başqa ayələrdə isə "... insanların əksəriyyəti bunu bilmir. Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər." (Rum surəsi, 6-7) deyilər. Bu kəslər, ayələrdə bildirildiyi kimi dünyanın yalnız "xaricdə olan" qismini bilərlər. Məsələn, valyuta kurslarını ya da modanı çox yaxşı bilə bilərlər. Ancaq hər yerdə var olan Allahın ayələrini görə bilməz, Allahın qüdrətini fərq edə bilməzlər. Allahın varlığını bəlkə sözdə qəbul edirlər, ancaq bu tamamilə yanlış inancdır: Bir ayənin ifadəsiylə, "Siz Onu saymayıb unutdunuz..” (Hud surəsi, 92)
Və ayələrdə də vurğulandığı kimi, bu cür insanlar, insanların əksəriyyətini meydana gətirərlər. Yaşadığımız cəmiyyətin əksəriyyəti də şübhəsiz bu qaydaya uyğun olaraq Allahın və axirətin həqiqi mənada fərqində deyil. Bu səbəblə, mənimsədikləri ictimai quruluş da, Allahı tanımamağa, Onun varlığını gözardı etməyə əsaslanan bir sistemdir. Allahdan qafil olan bu kəslər nə qədər "mədəni" kimi görünsələr də, qatı cahildirlər və buna görə də bu cür kəslərin meydana gətirdiyi cəmiyyətə Quranda "cahil cəmiyyət" adı verilər.
Bu cəmiyyətdəki insanlar tək başlarına Allahın dərk edə bilməzlər. Bu səbəblə də Allah, insanlara "yol göstərici" (Bəqərə surəsi, 2) olaraq Quranı endirmişdir. Quran insanlara bilmədikləri həqiqətləri bildirər və onları Allahı tanıyıb Ona qul olmağa dəvət edər. Quranın insanlar arasında yayılması isə, Allahın qanununa görə, Qurana iman edənlər, yəni möminlər vasitəsilə olacaq. Möminlər, Allahın, dinin izah edilməsi mövzusunda verdiyi saysız əmrə görə, Quranı digər insanlara da çatdırmaq, onları da Allahın doğru yoluna çağırmaqda məsuldurlar.
Biz də bu kitabda Quranda Allahın diqqət çəkdiyi bəzi mövzuları əlimizdən gəldiyi qədər açıqlamağa çalışdıq. Allahın yer üzündəki sonsuz ayələrindən kiçik bir qisminə diqqət çəkməyə, onları daha görülən hala gətirməyə cəhd göstərdik. Allahı unutmuş olan cahil cəmiyyətin görə bilmədiyi böyük həqiqətləri bir az olsun izah etməyi sınadıq. İndi bu kitabı, ya da yenə Quranın yoluna dəvət etmək məqsədiylə yazılmış başqa hər hansı bir kitabı oxuyan adamın qarşısında iki variant vardır:
Birincisi, Allahın yoluna yönəlməkdir. Bəli, madam bizi yaradan Odur, biz də Ona qulluq etməklə məsuluq. Bir insan həyatının hər hansı bir dövründə, hər hansı bir günündə oturub bu həqiqəti düşünə bilər və Allahı tanımadan keçmiş köhnə həyatından imtina edə bilər. Allahdan bağışlanma diləyər və Onun göstərdiyi şəkildə yeni bir həyata başlayar.
İkinci variant isə, insanın oxuduğu kitabı bağlayıb, heç bir şey olmamışcasına yoluna davam etməsidir. Bu vəziyyətdə bəhsi keçən kəs, Allahın fərqində olmayan "insanların çoxu" kimi yaşamağa davam edəcək, içində olduğu cahil cəmiyyətin sisteminə uymağı davam etdirəcək.
Birinci variant, insanı sonsuz xoşbəxtlik və qurtuluşa aparacaq olan yoldur. İkincisinin sonunda isə yalnız acı, hüsran, xəyal qırıqlığı və əzab vardır.
Seçim insana aiddir...

 

... Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 32)

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.