İnsan

Bətnlərdəki yaradılış

Əgər insan, ağlını istifadə edib "mən necə var oldum?" sualına səmimi bir cavab tapmağa çalışmazsa, ümumiyyətlə "necə oldumsa oldum! ..." kimi bir məntiqə qapılacaqdır. Bu məntiqə qapılınca onsuz da, ona bu cür mövzular üzərində bir daha düşünməyə vadar etməyəcək həyat tərzini mənimsəyəcək.
Halbuki, ağıl sahibi insana düşən, necə var olduğu üzərində düşünmək və həyatın mənasını buna görə təyin etməkdir. Bunu edərkən də, bəzilərinin etdiyi kimi, əldə edəcəyi nəticənin "mən yaradılmışam" şəklində çıxmasından qorxmamalıdır. Çünki danışdığımız insanlar, özlərini Yaradıcıya qarşı məsul hiss etmək istəməzlər. Yaradılmış olduqlarını qəbul etdiklərində, həyat tərzlərini, təşkilat nizamlarını və ya bağlı olduqları ideologiyalarını tərk etmək məcburiyyətində qalmaqdan çəkinərlər. Ya da özlərini Yaradana boyun əyməkdən qaçarlar. Bu psixologiyanı daşıyanlar, Quranda Allahın bildirdiyi kimi "vicdanları qəbul etdiyi halda, zülm və təkəbbür üzündən" (Nəml surəsi, 14) Allahı inkar edənlərdir.
Varlığını "zülm və təkəbbürlənmə" yə qapılmadan, ağıl və vicdan ölçüsündə qiymətləndirən insan isə, özündə Allahın yaratdığından başqa bir şey görməyəcək. Varlığının, özünün yaratmadığı və idarə edə bilmədiyi minlərlə mürəkkəb sistemin uyğunlaşmasına bağlanmış olduğunu fərq edəcək. "Yaradılmış" olduğunu qavrayacaq və Yaradanımız olan Allahı tanıyıb Onun özünü hansı məqsədə görə yaratdığını anlamağa yönələcək.
İnsan "yaradılmış" olduğunu izləyərkən, ona rəhbərlik edən bir qaynaq var: Quran. Bu kitabı, Yaradıcımız olan Allah ona və digər insanlara endirmişdir. Quran bütün insanlar üçün bir "yol göstəricidir". Yaradılış hadisəsinin eynilə Quranda tərif edildiyi kimi reallaşmış olması da, ağıl sahibi insanlara mühüm mesajlar verir. Sonrakı səhifələrdə, ağıl və vicdan sahiblərinə necə "yaradıldıqlarını" və bu yaradılışın içindəki möhtəşəmliyi göstərən məlumatlara yer verilmişdir.
İnsanın yaradılışının əhvalatı, bir-birindən çox uzaq iki ayrı yerdə başlayar. İnsan, qadın və kişi bədənində bir-birindən tamamilə müstəqil olaraq yaranan, amma bir-biriylə tamamilə uyğun olan iki ayrı mayenin birləşməsiylə həyata addım atar. Kişi bədənində yaranan spermanın kişinin istəyi ya da idarəsi ilə meydana gəlmədiyi ortadadır, eynilə qadın bədənində yaranan yumurtanın qadının istəyi və ya nəzarəti ilə meydana gəlmədiyi kimi. Onların bu hadisələrdən xəbəri belə yoxdur.

 

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi, 57-59)

 

Əslində, çox açıqdır ki, kişidən gələn maye də, qadından gələn maye də, bir-birlərinə uyğun olaraq yaradılmışlar. Bu iki mayenin yaradılışı da, birləşməsi də, inkişaf edib insan halına çevrilməsi də əslində böyük bir möcüzədir.

 

XAYALAR VƏ SPERMALAR
Yeni bir insanın yaradılmasının ilk mərhələsi olacaq spermalar kişi bədəninin "xaricində" istehsal olunur. Bunun səbəbi, istehsalın ancaq bədən istiliyinin təxminən 20C-dən aşağı temperaturda reallaşa bilməsidir. Bu istiliyin sabitləşməsi üçün də xaya üstünə yerləşdirilmiş xüsusi dəri işləyər. Bunun funksiyası soyuqda büzüşərək, istidə isə genişlənib tərləyərək lazım olan istiliyi sabit tutmaqdır. Görəsən, bu həssas tarazlığı kişinin özü "nizamlayıb" təşkil edir? Əlbəttə ki, xeyr. Kişinin bundan xəbəri belə yoxdur. Yaradılışı rədd etməkdə müqavimət göstərənlər, bunun ancaq "insan bədəninin kəşf edilməmiş bir funksiyası" olduğunu söyləyə bilərlər. Bu "kəşf edilməmiş funksiya" sözü isə "əsassız adlandırma" dan başqa bir şey deyil.
Xayalarda, dəqiqədə orta hesabla, 1.000 ədəd çıxarılan spermalar kişinin xayalarından qadının yumurtalarına doğru edəcəyi səfər üçün xüsusi bir yaradılışa malikdir; sperma, baş, boyun və quyruqdan meydana gəlir. Quyruğu ilə bir balıq kimi ana bətnində irəliləyəcək.
Körpənin genetik şifrəsinin bir hissəsini ehtiva edən baş qismi xüsusi bir qoruyucu zirehlə örtülmüşdür. Bu zirehin faydası ana bətninin girişində bilinir: Buradakı mühit - olduqca turşuludur. Spermanın, bu turşunun varlığını bilən "birisi" tərəfindən qoruyucu zirehlə örtüldüyü isə son dərəcə açıqdır. (Bu turş mühitin də səbəbi ananın mikroblardan qorunmasıdır)
Kişidən uşaqlığa atılan yalnız milyonlarla sperma deyil. Toxumluq bir-birindən fərqli mayelərin qarışığından əmələ gəlir. Allah Quranda bu həqiqəti belə vurğulayır:

 

Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 1-2)

 

Toxumluq içindəki bu mayelər spermaların ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkəri ehtiva edir. Ayrıca, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək kimi vəzifələri də vardır. Burada da yenə iki ayrı və müstəqil varlığın bir-biriylə qüsursuz bir harmoniya içində yaradıldığını görürük.
Spermalar yumurtaya çatana qədər ananın bədənində çətin bir səfər keçirərlər. Özlərini nə qədər müdafiə edirlərsə etsinlər, 200-300 milyon spermadan yumurtaya çatanların sayı mindən çox ola bilməz.

 

YUMURTA

Sperma yumurtaya uyğun olaraq təşkil edilərkən, çox ayrı və fərqli bir mühitdə də yumurta həyata toxum olmağa hazır hala gətirilir ... Qadının xəbəri belə yoxkən, yumurtalıqlarda yaranan bir yumurta əvvəl qarın boşluğuna buraxılar və dərhal sonra, ana bətninin uşaqlıq borusu deyilən uzantılarının ucunda yer alan qollar sayəsində tutular. Ardınca, yumurta uşaqlıq borusunun daxili səthindəki tüklərin hərəkətiylə irəliləməyə başlayır. Böyüklüyü isə bir duz dənəsinin yarısı qədərdir.
Yumurta-sperma görüşməsinin yeri uşaqlıq borusudur. Burada yumurta xüsusi bir maye ifraz etməyə başlayar. Məhz bu maye sayəsində spermalar yumurtanın yerini taparlar. Diqqət yetirək: Yumurta "ifraz etməyə başlayır" deyərkən bir insandan və ya şüurlu bir varlıqdan söz etmirik. Bu kiçik zülal yığınının, "öz-özünə" belə bir şeyə "qərar verməsi", daha sonra da spermanı özünə çəkəcək bir kimyəvi birləşmə "hazırlayıb" ifraz etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq bir dizayn vardır.
Qısacası, bədənin çoxalma sistemi xüsusilə yumurtayla spermanı görüşdürəcək şəkildə hazırlanmışdır. Və qadın çoxalma sistemi spermalara, spermalar da qadın bədənindəki mühitə uyğun olaraq yaradılmışdır.

 

SPERMA VƏ YUMURTA GÖRÜŞMƏSİ

Yumurtanı mayalandıracaq sperma yumurtaya yaxınlaşdığında, yenə yumurtanın ifraz etməyə "qərar verdiyi" (!) və sperma üçün xüsusi olaraq hazırlanmış bir maye, spermanın qoruyucu zirehini əridir. Bunun nəticəsində də, bu dəfə spermanın ucunda olan və yenə xüsusi olaraq yumurta üçün hazırlanmış olan əridici ferment kisəcikləri ortaya çıxar. Sperma yumurtaya çatdığında bu fermentlər yumurtanın pərdəsini deşərək spermanın içəri girməsini təmin edərlər. Yumurtanın ətrafını əhatə edən spermalar içəri girmək üçün böyük bir yarışa başlayarlar. Ancaq yumurtanı ümumiyyətlə, tək bir sperma mayalandırar.
Allahın Quranda bu mərhələ ilə əlaqədar olaraq verdiyi məlumatlar son dərəcə diqqət çəkicidir. Allah Quranda, insanın mayesinin, yəni toxumluğun özündən meydana gətirildiyini belə bildirir:

 

Sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirdi (Səcdə surəsi, 8)


Allahın ayədə bildirdiyi kimi, yumurtanı spermaları daşıyan mayenin özü deyil, içində daşıdığı tək bir sperma, hətta onun da "əsası" olan xromosomlar mayalandırır. Tək bir spermanı içəri alan yumurtaya artıq bir başqa spermanın girməsi mümkün deyil. Bunun səbəbi, yumurtanın ətrafında bir elektrik sahəsi olmasıdır. Yumurtanın ətrafı (-) elektrik yüklüdür və ilk sperma yumurtaya girər girməz bu potensial (+) olar. Beləcə, çöldəki spermalarla eyni elektrik yükünü daşıyan yumurta, bu dəfə onları itələməyə başlayar.
Yəni bir-birindən ayrı və müstəqil olaraq yaranan iki əsasın elektrik yükləri də bir-birləriylə uyğunlaşır.
Sonunda, spermadakı kişinin DNT-siylə qadının DNT-si birləşir. Artıq ananın qarnında yad, yeni bir hüceyrə (ziqot), yeni insanın ilk toxumu vardır.

 

UŞAQLIĞA YAPIŞAN ƏLƏQ...

Kişidən gələn sperma və qadındakı yumurta yuxarıda toxunduğumuz şəkildə birləşdiyində, doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada "ziqot" ​​olaraq adlandırılan bu tək hüceyrə, heç zaman itirmədən bölünərək çoxalacaq və getdikcə bir "ət parçası" halına gələcəkdir.
Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirmir. Uşaqlıq divarına yapışır, sahib olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi oraya yapışar. Bu əlaqə sayəsində də inkişafı üçün ehtiyac duyduğu maddələri ananın bədənindən ala bilər.
Şübhəsiz ki, belə bir təfərrüat, çox yaxşı bir tibb məlumatı olmadan bilinə bilməz. Bundan 14 əsr əvvəl insanların belə bir məlumata sahib ola bilməyəcəyi də açıqdır. Amma nə maraqlıdır ki, Allah Quranda ana qarnında böyüməyə başlayan ziqotdan bəhs edərkən, onu həmişə "ələq" olaraq təyin edir:

 

Yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən (asılıb yapışan şeydən) yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir. (Ələq surəsi, 1-3)

Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı."(Qiyamət surəsi, 36-39)

 

Bu "Ələq" sözünün ərəb dilindəki mənası isə, "bir yerə asılıb yapışan şey"dir. Hətta söz əslində bədənə yapışıb oradan qan soran zəli üçün istifadə edilər. Bu sözün, uşaqlıq divarına yapışıb oradan həyatı üçün lazımlı şeyləri soran ziqotu təsvir etmək üçün istifadə edilən ən uyğun söz olduğu isə açıqdır.
Allahın Quranda ziqot haqqında verdiyi məlumatlar bununla da bitməz. Döl yatağına tam mənasıyla yapışmış olan ziqot inkişafa başlayar. Ana bətni isə, ziqotu əhatə edən və "amnion mayesi" deyilən bir maye ilə doludur. Körpənin içində böyüdüyü amnion mayesinin diqqət çəkən ən əhəmiyyətli xüsusiyyəti, kənardan gələcək zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Quranda bu həqiqəti də Allah belə bildirir:

 

Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirdik. (Mürsəlat surəsi, 20-21)

 

İnsanın əmələ gəlməsi ilə əlaqədar olaraq verilən məlumatlar, Quranın bu yaradılışı ən incə təfərrüatına qədər bilən bir qaynaqdan gəldiyini bizə göstərir. Bu vəziyyət, bizlərə Quranın Allahın sözləri olduğunu bir dəfə daha isbatlayar.
Həmçinin, zaman keçdikcə, başlanğıcda jelatini xatırladan döldə böyük bir dəyişmə görülər. İlk başdakı o yumşaq quruluşun içində bədənin dik dayanmasını təmin edəcək bərk sümüklər meydana gəlməyə başlayar. Belə ki, başlanğıcda eyni quruluşa sahib olan hüceyrələr fərqliləşərək, bəziləri işığa qarşı həssas göz hüceyrələrini, bəziləri istisi, soyuğu və ya ağrını qəbul edən sinir hüceyrələrini və ya səs titrəmələrini qəbul edən hüceyrələri meydana gətirər. Bu fərqliləşməyə hüceyrələr qərar verir? Öz-özlərinə, insan gözünü və ya ürəyini meydana gətirməyə qərar verib, bu ağlasığmaz işi onlar bacarır? Yoxsa onlar bu işə uyğun olaraq yaradılmışlar? Ağıl və vicdan şübhəsiz ikinci variantı qəbul edəcək.
Bütün bu izah edilən əməliyyatların sonunda, körpə anasının qarnındakı inkişafını tamamlamış və dünyaya gəlmişdir. Bu halıyla ana qarnındakı halından 100 milyon qat böyük, 6 milyard dəfə də ağırdır ... Burada izah edilənlər, başqa hər hansı bir canlının deyil, bizim həyata başlanğıc hekayəmizdir. İnsan üçün, belə mürəkkəb, fövqəladə bir hadisənin qaynağını tapmaqdan daha əhəmiyyətli nə ola bilər?
Bütün bu mürəkkəb əməliyyatların "öz-özünə" meydana gəldiyini düşünmək ağılsızlıqdır. Heç kim öz-özünü ya da başqa bir insanı və ya hər hansı bir maddəni yaratma gücünə sahib deyil. İzah edilən mükəmməl sistemlərin hamısını Allah yaradır. Həm də hər anını, hər saniyəsini və hər mərhələsini ...

 

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

 

"Axıdılan bir nütfədən" insana çevrilən bədənimiz milyonlarla həssas tarazlıq ehtiva edir. Biz hiss etməsək də, orqanizmimizdə yaşamağımızı təmin edən son dərəcə mürəkkəb və həssas sistemlər var. Bütün bu sistemləri, insanın, özünün "yaradıldığını" anlaması üçün, hər şeyin tək sahibi, Yaradıcımız və Rəbbimiz olan Allah var edir.
İnsan Allahın yaratdığı bir varlıqdır. Yaradıldığına görə, "özbaşına və məsuliyyətsiz" buraxılacaq deyildir.

 

ANA SÜDÜ...

Spermadan körpəyə çevrilən yeni insanın qidalanması də özü özlüyündə bir möcüzədir. Körpə üçün xüsusi olaraq hazırlanan və nə ananın, nə də başqasının hazırlanmasında iştirakı olmadığı ana südü, olduqca yaxşı qidadır.
Ana südü tərkibindəki maddələr sayəsində həm yeni doğulan körpə üçün mükəmməl bir qida qaynağı, həm də körpənin və ananın xəstəliklərə qarşı müqavimətini artıran bir maddədir. Həkimlər süni olaraq istehsal edilən mamaların ancaq südün kifayət etmədiyi halda istifadə edilməsi, uşağın xüsusilə ilk aylarda qəti olaraq ana südüylə bəslənməli olduğu mövzusunda eyni fikirdədirlər. Ana südünü bir az tanıyaq:
l. Ana südünün ən maraqlı xüsusiyyəti, körpənin inkişaf dövrlərinə görə qarışığının dəyişməsidir. Südün kalori miqdarı və qida tarazlığı, körpənin erkən və ya zamanında doğulmuş olmasına görə də dəyişikliklər göstərər. Körpə erkən doğumla dünyaya gəlmişsə, ana südünün ehtiva etdiyi yağ və zülal miqdarı normal olan uşağa nisbətən daha çoxdur. Çünki erkən doğulan körpənin yüksək kaloriyə ehtiyacı vardır.
2. Uşağın ehtiyacı olan müdafiə sistemi elementləri, yəni anticisimlər və müdafiə etmə hüceyrələri, ana südünün içində körpəyə hazır şəkildə verilər, sanki pullu əsgərlər kimi aid olmadıqları bir bədəni müdafiə edər və körpəni düşmənlərindən qoruyarlar.
3. Antibakterialdır. Otaq istiliyində altı saat qalan südlərdə bakteriyalar inkişaf edərək südü xarab etdiyi halda, bu müddət ərzində ana südündə bakteriya meydana gəlməz.
4. Körpəni damar sərtliyindən qoruyar.
5. Körpə tərəfindən qısa müddətdə həzm edilər.
Müasir laboratoriyalarda qidalanma mütəxəssisləri tərəfindən hazırlanan mamaların heç birinin ana südü qədər faydalı olmadığını bilirik. Bu körpə mamalarından daha üstün olan körpə südünün, bir laboratoriyada deyil, insan bədənində və ananın xəbəri belə yoxkən kimin tərəfindən çıxarıldığı sualı necə açıqlana bilər? Açıqdır ki, ana südünü, o südə ehtiyacı olan körpəni də yaradan Allah var etmişdir.

 

Bədənimizdəki mexanikalar

Allah, Quranın bir çox ayəsində insanın yaradılışına diqqət çəkmiş və insanları bu yaradılış üzərində düşünməyə dəvət etmişdir:

 

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

 

İnsanı, Allah müəyyən bir nizam içində yaratmışdır. İnsan təbiətdəki ən mükəmməl, ən mürəkkəb və ən fövqəladə sistemlərə sahib olan canlılardan biridir. İnsan bədəni, orta hesabla, 60-70 kiloluq ət və sümük yığınıdır. Bilindiyi kimi ət təbiətdəki ən davamsız vəsaitlərdən biridir. Açıq şəkildə qaldığında bir neçə saatda xarab olar, bir-iki gün içində qurdlanar və dözülməz bir qoxu yaymağa başlayar. Bu çürük vəsait, insanın bədəninin böyük hissəsini meydana gətirər. Amma onu bəsləyən qan dövranı və çöldəki bakteriyalardan qoruyan dəri sayəsində, 70-80 il boyunca, xarab olmadan, çürümədən saxlanar.

Bədənin qabiliyyətləri isə heyranlıq vericidir. Məsələn, beş duyğu, ayrı-ayrılıqda bir möcüzədir. İnsan xarici dünyanı bu duyğu üzvləri sayəsində tanıyar, bu duyğulardakı bütünlük sayəsində rahat şəkildə həyatını davam etdirə bilər. Görmə, iyləmə, toxunma, eşitmə, dad alma duyğuları araşdırıldığında qarşılaşılan təfərrüatlar, ortaya çıxan qüsursuz dizaynlar bir Yaradıcının varlığını sübut edən dəlillər olaraq qarşımıza çıxar.

İnsan bədənindəki möcüzəvi strukturlar yalnız beş duyğu ilə məhdud deyil. Həyatı bizə asanlaşdıran bütün orqanların hamısı ayrı bir möcüzədir. Hamısı tam ehtiyacı ödəyəcək funksiyalara malikdir. Əlsiz olaraq yaradılmış olsaq, nə qədər çətin yaşayardıq bir düşünək. Ayaqlarımız olmasa, bədənimiz dəriylə deyil tikanlarla, pulcuqlarla və ya qabıqla bağlı olsaydı nələr olardı?
Bu sayılanlarla yanaşı, insan bədəninin içindəki tənəffüs, bəslənmə, çoxalma, müdafiə etmə kimi kompleks sistemlərin varlığı və insan bədəninin estetikası da ayrı-ayrı möcüzələrdir.
Görüldüyü kimi, insan bədəni içində çox sayda həssas tarazlıqlar vardır. Bir-biri ilə tamamilə bağlı işləyən sistemlərin, bədəndəki digər sistemlərlə olan qüsursuz əlaqəsi sayəsində insan, vacib funksiyaları heç bir əksiklik olmadan reallaşdıra bilir.
Üstəlik, bunları, xüsusi səy göstərmədən, heç bir çətinliklə qarşılaşmadan edir. Hətta bütün bunlar olub bitərkən çox vaxt insanın bunlardan xəbəri belə olmaz. Mədəsindəki həzm prosesinin nə vaxt başlayıb nə vaxt bitdiyindən, ürəyinin ritmindən, qanın bədəndəki lazımlı yerlərə tam da ən lazım olan maddələri daşımasından, görməsindən eşitməsinə qədər çox şeydən insanın xəbəri belə olmaz.
İnsan bədənində qüsursuz bir sistem qurulmuşdur və mükəmməl bir şəkildə işləyir. Bu göydən yerə kimi hər işi dəyişdirib nizama qoyan Allahın yaratmasıdır. Allah kainatdakı hər şeyi, hər incəliyi bütün canlıları lazım olan xüsusiyyətlərə sahib olaraq yaratmışdır. İnsan bədəni də təfərrüatlı araşdırıldığında fərq edilən dizayn Allahın yaratma sənətindəki qüsursuzluğun və bənzərsizliyin bir dəlili olaraq qarşımıza çıxar.
Allah kainatdakı qüsursuzluğa Mülk surəsində belə diqqət çəkər:

 

… Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

İnsan bədəni içindəki bu saysız həssas tarazlıqdan bir neçəsi belədir:
Beş duyğu, tam insanın ehtiyacına istiqamətli olaraq təşkil edilmişdir. Məsələn, qulaq ancaq müəyyən sərhədlər arasında gələn səs titrəşmələrini qəbul edər. Çox daha geniş sərhədlər içində eşitmək ilk başda üstünlük kimi görünə bilər. Ancaq, "duyğu eşiyi" olaraq adlandırılan bu qəbul sərhədləri, müəyyən bir məqsədə istiqamətli olaraq nizamlanmışdır. Əgər çox həssas bir qulağa sahib olsaydıq, ürəyimizin döyünərkən çıxardığı səsdən, yerdəki mikroskopik böcəklərin çıxardığı səslərə qədər bir çox səslə hər an əlaqədar olmaq vəziyyətində qalacaqdıq. Bu da bizim üçün olduqca narahatlıq verəcək bir vəziyyət meydana gətirəcəkdi.
Eyni "həssas nizam" toxunma duyğusu üçün də keçərlidir. İnsan dərisinin altında yer alan toxunmağa həssas sinirlər, olduqca ən yaxşı şəkildə həssaslaşdırılmış və bədənə paylanmışlar. Ən çox sinir ucu barmaq uclarında, dodaqlarda və cinsi orqanda olar. Buna qarşı olaraq, daha "əhəmiyyətsiz" bölgələrdə, məsələn, kürək bölgəsində olduqca az sayda sinir ucu vardır. Bu insana böyük üstünlüklər təmin edər. Bunun əksinin olduğunu düşünək: Barmaq uclarının son dərəcə duyğusuz olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını fərz edək. Bu şübhəsiz, olduqca sıxıntı verici olardı; əlimizi doğru düzgün istifadə edə bilməzkən, kürəyimizə təmas edən ən kiçik maddəni belə -məsələn, paltarımızın qıvrımlarını belə- hiss edərdik.
Bədənimizdəki digər quruluşların inkişafı da "həssas tarazlıq" nümunəsidir, misal olaraq, saç və kirpiklər: Hər ikisi də nəticədə bir "tük" olmasına baxmayaraq, keçən zamanda bərabər olaraq uzanmazlar. Kirpiklərin saç qədər uzanıb gözlərimizin önünə düşdüyünü bir düşünün. Həm görməyimizi əngəlləyəcək, həm də gözə girərək bizim üçün həyati əhəmiyyət daşıyan bu orqanımıza zərər verəcəkdilər. Kirpiklərin müəyyən bir uzunluğu vardır və bu uzunluq sabit qalar. Yanma və oxşar bir qəza nəticəsində kirpiklərimiz qısalarsa, yenidən köhnə "ideal" uzunluğa gələnə qədər uzanar və yenə dayanarlar.
Hətta kirpiklərin şəkilləri də çox əhəmiyyətlidir. Azca yuxarıya doğru qıvrıq olmaları səbəbiylə həm gözün görmə sahəsini daraltmaz, həm də son dərəcə estetik bir görünüş qazandırarlar. Kirpiklər göz qapağının ucundan çıxarkən burada olan xüsusi vəzilər tərəfindən yağlanaraq örtülərlər. Məhz kirpiklərin fırça kimi sərt və düz olmaması bu xüsusi örtmə sayəsindədir. İnsan bədəninin hər nöqtəsində, qəti olaraq tam "incə dizayn" vardır...
Bu ölçülü yaradılış, yeni doğan bir körpədə də, inkişaf dövründəki insanlarda da özünü təəccüblü bir şəkildə ortaya qoyar. Məsələn, yeni doğulan bir körpənin kəllə sümükləri çox yumşaqdır. Və bu sümüklər, bir-birlərinin üzərində az da olsa hərəkət edə bilərlər. Bu elastiklik sayəsində körpənin başı doğumda bir zərər görməz. Əgər kəllə sümükləri doğum əsnasında sərt bir quruluşda olsaydılar, ana qarnından çıxarkən çatlaya bilər, hətta qırılaraq körpənin beynində böyük zərərlərə yol açardılar.
Eyni qüsursuzluqla, inkişaf dövründəki bir insanda bütün orqanlar, bir-birinə uyğun olaraq böyüyər. Məsələn, inkişaf edən baş quruluşunda, beyinlə birlikdə onu əhatə edən kəllə də böyüyür. Beyinə nisbətən daha yavaş genişləyən bir kəllə qutusu olsaydı, beyini sıxışdıracaq və qısa müddətdə insanın ölümünə səbəb olacaqdı.
Eyni tarazlıq ürək və ağciyərlərlə sinə qəfəsi, göz ilə göz çuxuru kimi başqa orqanlar üçün də keçərlidir.
Bu səbəblə, yaradılışdakı sənəti və qüdrəti görə bilmək üçün öz bədənimizdəki fövqəladə strukturları araşdırmaqda fayda vardır. Üstün bir texnologiya ilə təchiz edilmiş və ən inkişaf etmiş fabriklərdən daha qüsursuz bir quruluşa sahib olan bu bədənin hər parçası, Allahın bənzərsiz yaradışını göstərərək, Onun bütün bədənimiz üzərindəki üstünlüyünü isbat edir.
İnsan bədənindəki sistemlər və orqanlar araşdırıldığında qüsursuz və ölçülü bir yaradılışın dəlilləri daha yaxından görüləcək.

 

HƏZM

Həzmin dərhal əvvəlində dövrəyə girən tüpürcək ifrazatı, qidaları isladaraq dişlər tərəfindən üyüdülmələrini və yemək borusundan aşağı sürüşmələrini asanlaşdırar. Bir başqa xüsusiyyəti kimyəvi quruluşu sayəsində nişastanı şəkərə çevirməsidir. Yaxşı, ağızda belə əhəmiyyətli bir maddə olan tüpürcəyin ifraz olunmadığını düşünün. Belə bir vəziyyətdə nə yediklərimizi uda bilər, nə də ağız quruluğundan ötrü doğru dürüst danışa bilərdik. Bərk olan heç bir qida yeyə bilməz, yalnız maye və yumşaq maddələrlə qidalana bilərdik.
Mədədəki sistemdə də mükəmməl bir tarazlıq vardır. Qidaların mədədəki həzmi, bu orqanın içindəki hidroxlorik turşu tərəfindən reallaşdırılar. Ancaq bu turşu o qədər güclüdür ki, tək qidaları deyil, mədə divarını belə əridə biləcək gücdədir. Lakin bunun həlli yaradılmışdır əlbəttə: Həzm əsnasında ifraz olunan mukus adlı bir maddə mədənin bütün divarlarını örtər və turşunun parçalayıcı təsirinə qarşı mükəmməl bir qoruma təmin edər. Bu şəkildə, mədənin öz-özünü yox etməsi əngəllənmiş olar. Mukusun tərkibindəki bir səhv onun qoruyucu xüsusiyyətini poza bilər. Halbuki, istər mədənin həzm üçün istifadə etdiyi turşuda, istərsə də o ifrazatdan mədəni qorumaq üçün ortaya çıxan mukusda qüsursuz bir uyğunlaşma vardır.
Mədə boşkən, zülalları, yəni ət kimi heyvan qidalarını parçalamaqla məsul olan ifrazat mədədə olmaz. Daha doğrusu, mədə boşkən bu ifrazat tamamilə fərqli, parçalayıcı xüsusiyyəti olmayan bir maddə olaraq mədədə mövcuddur. Zülal ehtiva edən bir qida mədəyə gəldiyində, mədəyə ifraz olunan HCL, bu təsirsiz maddəni çox güclü bir zülal parçalayıcısı halına gətirər. Beləcə, mədə boş qaldığında bu güclü zülal parçalayıcı, zülallardan hazırlanmış mədəyə zərər verməz.
Burada diqqət yetirilməli olan, bəhsi keçən sistemi təkamülün heç bir şəkildə açıqlaya bilmədiyidir. Çünki təkamül, kiçik quruluş dəyişikliklərinin, pillə-pillə üst-üstə əlavə olunmasıyla, ibtidai canlılardan bu günki mürəkkəb orqanizmlərin meydana gəldiyini müdafiə edər. Halbuki, açıq şəkildə görüldüyü kimi, mədədəki sistemin pillə-pillə meydana gəlməsinə imkan yoxdur. Tək bir amilin olmaması canlının məhvinə səbəb olar. Təkamülün əsassızlığını daha yaxşı anlamaq üçün bir nümunə kafi olar. Mədəsində çıxardığı turşuyla, öz mədəsini əridən bir canlı düşünün; ağrılar içində əvvəlcə mədəsi parçalanar, daha sonra digər daxili orqanları bu turşu tərəfindən məhv olar. Öz-özünü, canlı-canlı yeyərək ölər.
Mədədəki mayenin, qida gəldiyində parçalayıcı xüsusiyyət qazanması, bir sıra kimyəvi əməliyyat nəticəsində reallaşar. Saxta təkamül müddəti içində, mədəsində belə planlı kimyəvi çevrilmə edilə bilməyən bir canlı düşünün. Mədəsindəki maye heç cür parçalayıcı xüsusiyyət qazanmayan canlı, yediklərini həzm edə bilməyəcək, qarnında həzm edilməmiş bir yemək kütləsi olduğu halda, qidasızlıqdan öləcəkdi.
Mövzuya bir başqa tərəfdən baxaq. Mədə turşusunu ifraz edən mədə hüceyrələridir. Bu hüceyrələr də, bədənin hər hansı bir yerindəki digər hüceyrələr də (məsələn, göz hüceyrələri) eyni hüceyrənin ana qarnında bölünməsiylə meydana gəlmiş qardaş hüceyrələrdir. Həmçinin, hər ikisi də eyni genetik məlumata sahibdirlər. Yəni hər iki hüceyrənin məlumat bankında həm gözün ehtiyacı olan zülalların, həm də mədədə istifadə edilən turşunun genetik məlumatı olar. Lakin haradan gəldiyi bilinməyən bir əmrə uyan göz hüceyrəsi, milyonlarla məlumat içində yalnız gözə aid məlumatları, mədə hüceyrəsi də mədəyə aid məlumatları istifadə edər. Yaxşı, gözə aid zülalları nə üçün çıxardığını belə bilmədiyimiz göz hüceyrələri, bir gün mədə turşusunu çıxarmağa başlasalar -ki mədə turşusunun necə çıxarılacağına aid məlumatlara həqiqətən sahibdirlər- nəticə nə olar? İnsan öz gözünü olduğu yerdə əridər və həzm edər.
Öz içimizdəki mükəmməl tarazlığı araşdırmağa davam edək:
Həzm əməliyyatının davamı da eyni dərəcədə planlıdır. Qidaların həzm sistemi tərəfindən parçalanmış, işə yarayan qisimləri, incə bağırsaq divarları tərəfindən sorularaq qana qarışar. İncə bağırsağın daxili səthi eninə qıvrımlarla bağlı olub burulmuş bir parçanı xatırladar. Hər qıvrımın üzərində “villus” adı verilən daha kiçik qıvrımlar vardır. Bu qıvrımlar sayəsində sorma əməliyyatını edən bağırsaq səthləri böyük bir şəkildə artar. Villusların üzərindəki hüceyrələrin üst qisimlərində də “microvillus” deyilən mikroskopik uzantılar olar. Bu uzantılar bir nasos kimi işləyərək qidaları sorarlar. Hətta bu nasosların içləri, fərqli qidalar üçün fərqli çatdırma yollarıyla döşənilmiş qüsursuz bir çatdırma sistemiylə qan dövranı sisteminə bağlanmışlar. Beləcə, bu nasosların sorduqları qidalar, qan dövranı sistemiylə bədənin hər yanına çatdırılarlar.
Hər bir villus təxminən, 3000 mikrovillusa malikdir. İncə bağırsağın daxili divarında bir kvadrat millimetrlik sahə, 200 milyona qədər mikrovillusla örtülüdür. Bir kvadrat millimetr sahədə 200 milyon nasos hər an insanın həyatını davam etdirməsi üçün yorulmadan, pozulmadan işləyir. Bu qədər çox nasos, çox böyük və geniş bir səthi tutaraq, çox kiçik bir yerə sıxışdırılmışdır. Bu sistem, qəbul etdiyimiz qidalardan bədənimizin maksimum dərəcədə faydalanmasını, nəticə olaraq da həyatımızın davam etməsini təmin edər.

 

TƏNƏFFÜS

Tənəffüs həssas tarazlıqlarla qurulmuşdur. Tənəffüs edərkən ciyərlərimizə çəkdiyimiz havanın soyuq və çirkli olması sağlamlığımıza mənfi istiqamətdən təsir edər. Buna görə hava, əvvəlcədən təmizlənmiş və isidilmiş olmalıdır. Burnumuz tam şəkildə bu işə uyğun olaraq yaradılmışdır; burun divarlarında olan tüklər və içəridəki yapışqan maddə, içəri girən havadakı tozları udaraq süzmə işini reallaşdırar. Ayrıca hava, burun içindəki qıvrımlardan keçərək isinər. Burun sümükləri içində elə xüsusi bir quruluş vardır ki, içəri daxil olan hava, burun içində ancaq bir neçə dövr keçdikdən və isindikdən sonra ciyərlərə gedə bilər. Kiçik bir sümüyün içində hava axınına bir neçə dövr etdirəcək quruluş ancaq xüsusi bir dizayn sayəsində ortaya çıxa bilər. Çünki havanın hərəkətini istiqamətləndirmək bir sıra hesab və planlaşdırmanın nəticəsində reallaşdırıla bilər. Belə xüsusi bir quruluşun, bir başqa sistemin ehtiyacına cavab vermək -ciyərə gedən havanı isitmək və təmizləmək- üçün var olması hər iki sistemin də eyni Yaradıcı tərəfindən, xüsusi olaraq yaradıldığının dəlilidir. Bütün bu saydığımız pillələr nəticəsində içəri girən hava nəmləndirilmiş və tozlardan təmizlənmiş şəkildə nəfəs borusuna gələr.

 

SKELET

Skelet tək başına mühəndislik möcüzəsidir. Bədənin quruluşca dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağciyər kimi həyati orqanların qoruyar, daxili orqanlara dəstək olar. İnsan bədəninə, heç bir süni maşın tərəfindən təqlid edilə bilməyən üstün bir hərəkət qabiliyyəti verər. Hətta sümük toxuması çox kimsənin zənn etdiyi kimi cansız deyil. Sümük toxuması bədənin kalsium, fosfat və bir çox əhəmiyyətli mineralının bankıdır. Bədənin ehtiyacına görə bu mineralları toplayar və ya daha əvvəldən yığdıqlarını bədənə verər. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələrinin istehsalı sümüklər tərəfindən hazırlanar.
Skelet tam olaraq mükəmməl bir funksiyaya sahib olması ilə yanaşı, skeleti meydana gətirən sümüklər də üstün bir quruluşa sahibdirlər. Bədənin daşınması və qorunması kimi əhəmiyyətli bir vəzifəni boynuna götürən sümüklər, bu işi rahatlıqla yerinə gətirə biləcək qabiliyyətdə və möhkəmlikdə yaradılmışlar. Bədənin qarşılaşacağı çətin vəziyyətlər də nəzərə alınmışdır. Məsələn; bud sümüyü, şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək gücdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə, bədən ağırlığımızın üç misli qədər yük düşür. Hətta dirəklə yüksək atlama edən bir atlet yerə enərkən omba sümüyünün hər kvadrat santimetri 1400 kiloluq bir təzyiqə məruz qalar. Yaxşı, sümük deyilən və bir tək hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu, bu qədər qüvvətli edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlidir.
Mövzunu daha yaxşı anlamaq üçün müasir texnologiyadan bir nümunə vermək yerində olacaq. Böyük və yüksək strukturların inşasında qəfəs sistemləri istifadə edilər. Bu inşaat texnikasında quruluşun daşıyıcı işçiləri, tam bitişik quruluşda deyil, bir-birinin içinə keçmiş, qəfəs şəklində çubuqlardan meydana gələr. Ancaq kompyuterlərin edə biləcəyi mürəkkəb hesablar sayəsində, böyük körpülər və sənaye tikililəri çox daha möhkəm və daha ucuz tikilirlər.
Məhz sümüklərin daxili quruluşu da, insanların binalarda və körpülərdə istifadə etdiyi bu qəfəs quruluşu sistemiylə bənzər bir quruluşdadır. Əhəmiyyətli bir fərqlə; sümük içindəki sistem, insanların inkişaf etdirdiyindən çox daha üstün və mürəkkəbdir. Bunun sayəsində sümüklər, həm son dərəcə möhkəm, həm də rahatlıqla istifadə edilə biləcək yüngüllükdədirlər. Əgər əksinə olsaydı, yəni sümüklərin içi, xarici kimi sərt və tamamilə dolu olsaydı, həm sümük ağırlığı insanın daşıya biləcəyinin həddən çox olardı, həm də sümüyün quruluşu kövrək və sərt olub ən kiçik bir zərbədə çatlama və qırılma ilə qarşılaşardı.
Sümüklərimizin bu mükəmməl dizaynı, bizim son dərəcə rahat bir həyat sürməyimizi, çox çətin hərəkətləri asanlıqla və heç ağrı duymadan edə bilməyimizi təmin edir. Sümüyün quruluşunun bir başqa xüsusiyyəti də bədənin lazımlı bölgələrində elastik bir quruluşa sahib olmasıdır. Məsələn, döş qəfəsi; ürək və ağciyər kimi həyati orqanları qoruyarkən, bir tərəfdən də ağciyərlərə havanın dolmasını və boşalmasını təmin edəcək şəkildə genişləyər və büzülər.
Sümüklərin elastiklikləri zamanla dəyişə bilər. Məsələn, qadınlarda çanaq qurşağı sümükləri, hamiləliyin son aylarına doğru boşalar və bir-birlərindən bir az ayrılarlar. Bu son dərəcə əhəmiyyətli bir təfərrüatdır, çünki bu boşalma sayəsində körpənin başı doğum əsnasında əzilmədən çölə çıxa bilər.
Sümükdəki möcüzələr bunlarla da məhdudlaşmaz. Sümüklər elastiklikləri, möhkəmlikləri və yüngüllükləri ilə yanaşı, özlərini təmir etmə xüsusiyyətinə də sahibdirlər. Bu da bədəndəki bir çox əməliyyat kimi, milyonlarla hüceyrənin birlikdə işləməsiylə reallaşar.
Skeletin hərəkət qabiliyyəti də üzərində dayanılmalı olan əhəmiyyətli bir təfərrüatdır. Hər addım atdığımızda onurğamızı meydana gətirən onurğalar bir-birinin üstündə hərəkət edərlər. Bu davamlı hərəkət və sürtünmə, onurğaların aşınmasına səbəb olacaqkən bu təhlükənin qarşısını almaq üçün hər bir onurğa arasına disk deyilən möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizator vəzifəsini görərlər. Hətta hər addım atdığında, bədən ağırlığından qaynaqlanan bir reaksiya qüvvəsi yerdən bədənə gələr. Bu qüvvət, onurğanın sahib olduğu amortizatorlar və "qüvvə paylayıcı" qıvrımlı şəkli sayəsində, bədənə zərər verməz. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəlləyə çatdırılardı və onurğanın üst ucu, kəllə sümüklərini parçalayaraq beyinin içinə girərdi.
Sümüklərin bir-birlərinə bitişdikləri yerlərdə də yaradılışın dəlilləri görülər. Oynaqlar bir ömür boyunca hərəkət etdikləri halda yağlanılmağa ehtiyac duymazlar. Bioloqlar bunun səbəbini araşdırdılar: Oynaqlardakı sürtünmə necə ortadan qalxırdı?
Elm adamları, hadisənin "tam bir yaradılış möcüzəsi" olaraq xarakterizə edilə biləcək bir sistemlə həll edildiyini gördülər: Oynaqların sürtünmə səthləri, incə və məsaməli bir qığırdaq təbəqəsiylə örtülmüşdür və bu təbəqələrin altında yapışqan və sürüşkən bir maye olar. Sümük, oynağın bir yerinə təzyiqdə olsa bu maye məsamələrdən çölə fışqırar və oynaq səthinin "yağ kimi" sürüşməsini təmin edər.
Bütün bunlar insan bədəninin çox mükəmməl bir dizaynın, daha doğrusu üstün bir yaradışın məhsulu olduğunu göstərir. İnsan bu mükəmməl dizayn sayəsində bir-birindən çox fərqli hərəkətləri böyük bir sürət və rahatlıq içində yerinə yetirər.
Hər şeyin bu qədər mükəmməl olmadığını məsələn, bütün ayağımızın tək bir uzun sümükdən meydana gəldiyini düşünün. Getmək böyük bir problem halına gələcək, son dərəcə kobud və hərəkətsiz bir bədənimiz olacaqdı. Bir yerə oturmaq belə çətinləşəcək, bu cür hərəkətlər sırasındakı məcbur etmələr səbəbiylə ayaq sümüyü asanlıqla qırıla biləcəkdi. Halbuki insanın skeleti, bədəninin hər hərəkətinə asanlıqla icazə verəcək bir quruluşdadır.
Skeletin sahib olduğu bütün xüsusiyyətləri Allah yaratmışdır və hələ də yaradır. Allah, yaratdığı insanı bu həqiqət üzərində düşünməyə isə belə dəvət edər:

... Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük... (Bəqərə surəsi, 259)

İnsana düşən bu həqiqəti düşünmək və özünü yaratmış olan Allahın gücünü təqdir edib, ONA şükür etməkdir. Bunu etmədiyi təqdirdə isə böyük bir itkiyə uğrayacaq. Sümükləri ilk dəfə yaradıb sonra da onlara ət geydirən Allah, bunu dilədiyi zaman dilədiyi şəkildə etməyə qadirdir. Allah bu həqiqəti Quranda belə bildirər:

 

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.  (Yasin surəsi, 77-79)

 

 

BƏDƏNDƏKİ KOORDİNASİYA

İnsan bədənində, müəyyən bir məqsəd üçün, yəni bədənin canlılığının davam etməsi üçün, bütün sistemlər bir yerdə, əlaqəli şəkildə və tam bir uyğunlaşma içində işləyər. Hər gün etdiyimiz çox kiçik hərəkətlər, məsələn nəfəs almaq, gülmək belə insan bədənindəki qüsursuz koordinasiyanın nəticəsidir.
Daxilimizdə hər an işləyən, ağlasığmaz mürəkkəblikdə və böyüklükdə bir koordinasiya şəbəkəsi vardır. Məqsəd canlılığı davam etdirməkdir. Bu koordinasiya xüsusilə bədənin hərəkət sistemində görülər. Çünki ən kiçik hərəkət üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl əməkdaşlıqla işləmək məcburiyyətindədir.
Bədəndəki koordinasiyanın ilk şərti doğru məlumat təminidir. Ancaq doğru məlumatların əldə edilməsiylə, yeni qiymətləndirilmələr edilə bilər, bunun üçün də son dərəcə inkişaf etmiş xəbər alma şəbəkəsi mövcuddur.
Koordinasiya edilmiş hər hansı hərəkəti edə bilmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqədar bədən orqanlarının mövqeləri və bir-birləriylə əlaqələri bilinməlidir. Bu məlumat beyinə; gözlərdən, daxili qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gələr. Hər saniyə milyardlarla məlumat işlənər, qiymətləndirilər və bunlara görə yeni qərarlar verilər. İnsanın isə öz bədənində reallaşan bu fövqəladə sürətdəki əməliyyatlardan xəbəri belə yoxdur. O yalnız hərəkət edər, gülər, danışar, qaçar, yemək yeyər, düşünər. Bu əməliyyatların edilməsi üçün heç bir səy göstərməz. Məsələn, sadə bir gülümsəmə üçün belə on yeddi əzələnin eyni anda fəaliyyəti lazımdır. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirər. Gəzə bilmək üçün isə ayaqlarda, pəncələrdə, ombada, qasıqlarda və kürəkdə əlli dörd ayrı əzələ uyğunlaşma içində işləməlidir.
Əzələlər və oynaqların içində, bədənin o ankı mövqeyinə aid məlumatları verən milyardlarla kiçik, mikroskopik qəbuledici vardır. Bu qəbuledicilərdən gələn mesajlar, mərkəzi sinir sisteminə çatar və burada edilən qiymətləndirməyə görə, əzələlərə yeni əmrlər göndərilər.
Bədəndəki koordinasiyanın mükəmməlliyi bu örnəklə daha yaxşı aydın olacaq: Təkcə əlinizi havaya qaldırmanız üçün çiyninizin bükülməsi, "biceps" və "triceps" deyilən ön və arxa qol əzələlərinizin sırayla sıxılıb boşalmaları, dirsəyiniz və biləyiniz arasında olan əzələlərin biləyi çevirmələri lazımdır. Hərəkətin hər mərhələsində, bu əzələlərin içindəki milyardlarla qəbuledici, hər an əzələlərin mövqelərini mərkəzə bildirər. Mərkəzdən də əzələlərə bir an sonra nə etmələri lazım olduğu çatdırılar. Təbii ki, insan bütün bunların fərqinə varmaz, yalnız əlini qaldırmaq istəyər və qaldırar.
Məsələn, bədənin dik dayanması üçün, ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda olan milyardlarla qəbuledicidən gələn məlumat qiymətləndirilər və bu əmrlərin hamısı hər saniyə əzələlərə çatdırılar.
Danışmaq üçün də xüsusi bir səy göstərmərik. İstədiyimiz sözlərin ağzımızdan çıxmaları üçün, səs tellərinin hansı açıqlıqda, nə qədər titrəməsi lazım olduğunu, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansılarını, hansı sıra ilə neçə dəfə, hansı nisbətdə sıxıb boşaldacağımızı, ciyərlərimizə neçə kub santimetr hava alıb, bu havanı hansı sürət və aralıqlarla boşaltmağımız lazım olduğunu oturub hesablamarıq. İstəsək də bunu edə bilmərik! Çünki ağzımızdan çıxan tək sözün meydana gəlməsi, insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox quruluşun müvafiq işinin nəticəsidir.
Bu koordinasiyada bir axsaqlıq olması vəziyyətində nələr olar? Gülümsəmək istəyərkən üzümüzdə başqa bir ifadə meydana gələ bilər ya da danışmaq istədiyimizdə bacarmaya bilərik, gəzməyə bilərik. Halbuki, nə vaxt istəsək gülərik, danışarıq, gəzə bilərik, heç bir axsaqlıq olmaz. Çünki burada izah edilən hər şey "sonsuz qüdrət" tələb edən yaradılış nəticəsində reallaşar.
Bu səbəblə insan, hər zaman bütün həyatını və varlığını, özünü yaradan Allaha borclu olduğunu bilməlidir. İnsanın, öyünəcək, lovğalanacaq heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlamlıq ya da gözəllik, özünün əsəri deyil və özünə əbədi olaraq verilmiş də deyil. Mütləq yaşlanacaq, mütləq sağlamlığını və gözəlliyini itirəcək. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:

 

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz? (Qəsas surəsi, 60)

 

Əgər bunlardan daha üstün olanı, əbədi olaraq, axirətdə əldə etmək istəyirsə; Allahın özünə verdiyi nemətə şükür etməli və Onun istədiyi şəkildə həyatına istiqamət verməlidir.
Bu nümunələrdə də görüldüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı "möcüzəvi" xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldığında insan, varlığının nə cür incə hesablara əsaslandığını və yaradılışındakı möcüzələri görəcək və Allahın sonsuz elmini və insan üzərindəki qüsursuz sənətini bir dəfə daha qavrayacaq.

 

QARACİYƏR

Qarın boşluğunun sağ üst qismində yerləşən qaraciyər, qan dövranı içində mükəmməl süzgəc vəzifəsini boynuna götürmüşdür. Suda həll edilə bilən, bədəndəki artıq olan sadə maddələr böyrəkdə təmizlənərkən, dərmanlar və hormonlar kimi mürəkkəb quruluşlu tullantıları qaraciyər təmizləyər.

Müdafiə etmə sistemini məntiqi istiqamətdən dəstəkləyər: Qaraciyər yalnız bəslənmə və maddələr mübadiləsi tullantıları üçün süzgəc olaraq deyil, həmçinin immunitet maddələri olan qlobulinləri və damarın təmir qrupları olan fermentləri də istehsal edir.

Bakteriyaları təmizləyər: Qaraciyərdə olan Kupffer hüceyrələri, buradan keçən, xüsusilə də bağırsaqlardan gələn qandakı əhəmiyyətli miqdarda olan bakteriyaları udarlar. Kupffer hüceyrələri qandakı parçacıqların ya da digər yan məhsulların artması vəziyyətində, bunları qandan süzə bilmək üçün öz saylarını da artırarlar.

Bədənin enerji qaynaqlarını istehsal edər: Qaraciyərin xüsusiyyətlərindən biri də bədənin ən əhəmiyyətli enerji qaynağı olan qlükozanı istehsal etməsidir.
Normal bəslənmə əsnasında alınan qlükoza, qlikogenə çevrilərək qaraciyərdə yığılar. Qaraciyər qandakı qlükoza nisbətinə həmişə nəzarət edər. Yemək aralarında qida alınmadığı və qandakı qlükoza miqdarı düşməyə başladığı zaman, qaraciyər yığdığı qlikogeni təkrar qlükozaya çevirərək qana verər. Beləcə, qandakı qlükoza səviyyəsinin həddən çox düşməsi əngəllənmiş olar. Qaraciyər həmçinin, yağ turşuları və amin turşularından da qlükoza istehsal edə bildiyi kimi, enerji istehsalında istifadə edilməsi mümkün olmayan digər karbohidratları da qlükozaya çevirə bilər.

Qanı yığıb toplayar: Qaraciyər, genişləyə bilən və ya kiçilə bilən bir quruluşa malikdir. Bu xüsusiyyəti sayəsində qan damarlarındakı qanı yığa bilər və ya sala bilər.
Qaraciyər sağlam bir bədəndə, ümumi qanın 10%-ni, yəni 450 ml qanı bünyəsində saxlayar. Bəzi vəziyyətlərdə, məsələn ürək çatmazlığı olduğunda bədəndə dolaşan qan miqdarı, ürəyin işləmə tempinə çox gələcəkdir. Bu vəziyyətdə qaraciyər qan saxlama həcmini iki qat daha artıraraq, 1 litr qanı artıq yığar. Beləcə ürəyin, qaldıra biləcəyi tempdə işinə fürsət yaradar.
Bədəndə qan ehtiyacı artdığında isə (məsələn, ağır məşqlər əsnasında) qaraciyər, bünyəsində yığdığı qanı dövrana verərək qan ehtiyacını aradan qaldırar.

Qənaətlə işləyər: Əzələlərdə qlükoza sərf edilməsi əsnasında, maddələr mübadiləsinin artığı olan süd turşusu ortaya çıxar. Süd turşusu əzələdə qaldığı müddətcə ağrı verər və işinə mane olar. Qaraciyər bu turşunu əzələlərdən toplayar və yenidən qlükozaya çevirə bilər.

Ölü qırmızı qan hüceyrələrinin yenilərini istehsal edər: Qaraciyər və dalaq, ölən qırmızı qan hüceyrələrinin yerinə yenilərinin istehsal edildiyi, zülalın böyük bir qisminin parçalandığı və amin turşuları olaraq yenidən fərqli məqsədlər üçün istifadə edildiyi yerdir. Qaraciyər ayrıca, bədəndə əhəmiyyətli funksiyaları olan dəmirin də toplandığı orqandır.
Bu halıyla bədənin ən inkişaf etmiş anbarıdır. Bütün mineralları, zülalları, az miqdarda yağı və vitaminləri qaraciyərə yığar. Ehtiyac duyulduğunda, yığdığı maddəni ən qısa yolla lazımlı bölgəyə verər. Bədənin lazım olan enerjiyə sahib olub-olmadığına həssas şəkildə nəzarət edər, bunun üçün xüsusi xəbərləşmə sistemi inkişaf etdirmişdir. Bədəndəki bütün orqanlar qaraciyər ilə əlaqəlidir.

Öz-özünü bərpa edə bilər: Qaraciyərin öz-özünü təmir etmə qabiliyyəti də vardır. Bir qismi məhv olsa, qalan digər hüceyrələr dərhal çoxalaraq əskik qismi tamamlayarlar. Hətta orqanın üçdə ikisi alınsa belə, qalan qisim qaraciyəri tam olaraq yenidən meydana gətirə bilər.
Orqan öz-özünü bərpa edərkən, ölən və zədələnən hüceyrələrini mühitdən uzaqlaşdırar və yerinə yenilərini qoyar. Bir qaraciyər hüceyrəsi, təxminən 500-dən çox əməliyyatı edə biləcək qabiliyyətdədir. Bu əməliyyatları, bir-birinin arxasınca deyil, çoxunu eyni zamanda bacarır.


DƏRİ

Metrlərlə uzunluqda amma tək parçadan ibarət olan bir toxuma düşünün; bu həm istilənməni, həm də sərinləməyi təmin edəcək xüsusiyyətlərə eyni anda sahib olan; möhkəm amma eyni zamanda çox estetik, hər cür xarici təsirə qarşı çox təsirli qoruma təmin edən bir toxuma olsun.
İnsan bədənini və digər bütün canlıların bədənlərini növlərə görə bəzi dəyişikliklər göstərərək örtən dəri toxuması yuxarıdakı xüsusiyyətlərin hamısına malikdir.
Dəri toxuması da, digər bir çox quruluş kimi, əskik olarsa insanın həyatını təhlükəyə atacaq qədər əhəmiyyətli orqandır. Dərinin yalnız bir hissəsinin belə məhv olması əvvəlcə bədəndə əhəmiyyətli su itkisinə səbəb olacağı üçün ölümə gətirib çıxarar. Bu xüsusiyyətiylə dəri tək başına təkamül nəzəriyyəsini çürüdən orqandır. Çünki hər orqanı tamamlanmış, amma dərisi hələ təkamülləşməmiş və ya qismən təkamülləşmiş bir canlının həyatda qala bilməsi mümkün deyil. Bu da bizə insanların da, heyvanların da bütün bədən parçalarının əskiksiz və qüsursuz olaraq birlikdə ortaya çıxdığını, yəni yaradılmış olduqlarını göstərər.
Bir-birindən tamamilə fərqli quruluşlardan meydana gələn dərinin alt qismində yağdan ibarət olan bir təbəqə vardır. Bu yağ təbəqəsi istiliyə qarşı izolyasiya funksiyası yerinə yetirər. Bu təbəqənin üstündə dəriyə elastiklik xüsusiyyətini verən və böyük qismi zülallardan ibarət olan başqa bir hissə vardır.
Dərimizin 1 cm altını qaldırdığımızda qarşılaşacağımız mənzərə; məhz bu yağların və zülalların meydana gətirdiyi, çox müxtəlif damarların da olduğu estetik olmayan, hətta ürküdücü belə sayılacaq görünüş olacaq. Dəri, bütün bu quruluşları örtücü xüsusiyyəti sayəsində həm bədənimizə çox əhəmiyyətli bir estetik görünüş verər, həm də bütün xarici amillərdən qorunmamızı təmin edər ki, yalnız bu xüsusiyyəti belə dərimizin varlığının nə qədər əhəmiyyətli olduğunu göstərməyə yetər.
Dərinin bütün funksiyaları vacibdir. Məhz bunlardan bir neçəsi:

Bədənin su tarazlığının pozulmasını əngəlləyər: Üst dərinin hər iki tərəfi də su keçirməz bir quruluşa malikdir. Dərinin bu xüsusiyyəti sayəsində bədəndəki su miqdarının idarəsi təmin edilər. Dəri, qulaqdan, burundan hətta gözdən belə əhəmiyyətli orqandır. Digər duyğu orqanlarımız olmadan yaşaya bilərik. Amma dəri olmadan insanın həyatını davam etdirməsi mümkün deyil. Çünki insan bədəninin ən vacib mayesi olan "su"yun dəri olmadan bədəndə saxlanması mümkün deyil.

Möhkəm və elastikdir: Üst dəri səthindəki hüceyrələrin əhəmiyyətli bir qismi ölüdür. Alt dəri isə canlı hüceyrələrdən meydana gələr. Üst dəri hüceyrələri bir müddət sonra hüceyrə xüsusiyyətlərini itirməyə başlayarlar və “keratin” adını verdiyimiz sərt maddəyə çevrilərlər. Ölən bu hüceyrələri keratin maddəsi bir yerdə saxlayar və bədəni qoruyucu bir zireh kimi meydana gətirər. Dərinin daha sərt və qalın olması halında qoruyucu xüsusiyyətinin artacağı düşünülə bilər. Ancaq bu yanıldıcıdır. Əgər bir filin ya da kərgədanınkı qədər sərt və qalın bir dəriyə sahib olsaydıq, olduqca hərəkətli olan bədənimiz bu qabiliyyətini itirəcək və ağırlaşacaqdı.
Onsuz da hansı canlı növü olursa olsun dəri heç bir zaman lazım olduğundan qalın olmaz. Dərinin quruluşunda çox ölçülü, çox idarəli plan vardır. Üst dəri hüceyrələrinin daima öldüyünü və bu əməliyyatın müəyyən bir yerdə dayanmadığını düşünək. Bu vəziyyətdə dərimiz qalınlaşmağa davam edəcək bir müddət sonra timsah dərisi kimi qalın bir vəziyyətə çevriləcəkdi. Amma heç bir zaman belə olmaz, dəri həmişə lazım olduğu qalınlıqdadır. Yaxşı, bu necə olar? Dəri hüceyrələri harada dayanacaqlarını necə bilirlər?
Dəri toxumasını meydana gətirən hüceyrələrin harada dayanacaqlarını öz-özlərinə tapdıqlarını ya da bu sistemin təsadüfi bir şəkildə meydana gəldiyini iddia etmək son dərəcə məntiqsiz və gülməli bir iddia olacaq. Dərinin quruluşunda açıq-aşkar bir dizayn vardır. Bu dizaynı meydana gətirən də şübhəsiz ki, aləmlərin Rəbbi olan, Tək və Bir olan Allahdır.

İsti havalarda bədənin sərinləməsini təmin edən mexanizmləri ehtiva edər: Alt dərini çox kiçik kapilyar damarlar əhatə etmişdir. Bunlar sadəcə dərini bəsləməzlər, eyni zamanda dəridəki qan miqdarına da nəzarət edərlər. Bədən istiliyi artdığında damarlar genişləyərək gərəyindən çox isti olan qanın bədənin nisbətən sərin olan xarici qismindən keçməsini və istiliyin çölə verilməsini təmin edər. Bədəni sərinlədən bir başqa mexanizm də tərdir. İnsan dərisi "məsamə" adı verilən dəliklərlə doludur. Məsamələr tər vəzilərinin olduğu alt dəriyə qədər uzanarlar. Bu vəzilər qandan aldıqları suyu məsamələrdən keçirərək bədənin xaricinə atarlar. Çölə atılan maye buxarlaşmaq üçün bədənin istiliyini istifadə edər, bu da bir sərinləmə yaradar.
Soyuq havalarda bədən istiliyini qoruyar: Soyuq havalarda dəridəki tər vəziləri işlərini yavaşladar və qan damarları daralar. Beləcə, dəri altında qan dövranı azalacağından bədən istiliyinin çölə çıxmasına maneə törədilmiş olar.
Bütün bunların bizə göstərdiyi nəticə, insan dərisinin həyatımızı asanlaşdırmaq üçün xüsusi olaraq hazırlanmış mükəmməl bir orqan olduğudur. Dəri həm qoruyar, həm "kondisioner" funksiyası yerinə yetirər, həm də elastikliyi sayəsində hərəkət asanlığı təmin edər. Üstəlik, son dərəcə estetikdir.
Bu cür bir dərinin əvəzinə sərt, qalın və kobud bir dərimiz ola bilərdi. Elastik olmayan, bu səbəblə bir az kökələndə çatlayıb yarılacaq bir dərimiz də ola bilərdi. Ya da yayın istisindən huşumuzu itirməyimizə, qışda asan şəkildə donmağımıza səbəb olacaq dəriyə də sahib ola bilərdik. Ancaq bizi yaradan Allah, ən rahat, ən asan və ən estetik şəkildə dəriylə bədənimizi örtmüşdür. Çünki O, "...Yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir." (Həşr surəsi, 24)

 

ÜRƏK

İnsan bədənindəki 100 trilyon hüceyrəni tək-tək dövr edən qan dövranının ən əhəmiyyətli elementi, heç şübhəsiz ki, ürəkdir. Ürək; çirkli və təmiz qanın bir-birlərinə qarışmadan bədənin fərqli bölgələrinə vurulmasını təmin edən dörd fərqli kamerasıyla, təhlükəsizlik klapanı vəzifəsini yerinə yetirən qapaqcıqlarıyla son dərəcə həssas tarazlıqlar üzərinə qurulmuş dizayna malikdir.
Heç bir müdaxiləmiz olmamasına baxmayaraq həyatımız boyunca müəyyən bir tempdə, heç ara vermədən döyünən ürəyimiz, Yaradılışın açıq dəlillərindən biridir.
Hələ ana bətnindəykən döyünməyə başlayan ürək, dəqiqədə 70-100 dəfə atan templə həyat boyunca heç ara vermədən işləyər; yalnız hər atma arasında yarım saniyə dincələr və bir gün içində təxminən 10.000 dəfə atar. Bu rəqəmi insan ömrünün uzunluğunu nəzərə alaraq qiymətləndirsək, qarşımıza hesablamaqda olduqca çətinlik çəkəcəyimiz bir rəqəm çıxacaq.
Fəaliyyətində son dərəcə həssas nizam olan ürəkdəki bütün quruluşlar xüsusi olaraq hazırlanmışdır. Ürəkdə; təmiz və çirkli qanın bir-birlərinə qarışmamasından, bədən təzyiqinin nizamlanmasına, qidaların bütün bədənə daşınması üçün lazım olan əməliyyatlardan, qanı lazım olduğu qədər nasosla vuran sistemlərə qədər hər incəlik üçün fərqli bir xüsusiyyət düşünülmüş və ürək buna görə dizayn edilmişdir.
Dizayn möcüzəsi olan ürəkdə; qəti olaraq təsadüflərlə meydana gələ bilməyəcək mürəkkəblikdə bir sistem vardır. Bu xüsusiyyətlərin hamısı da onları hazırlayanı; yəni aləmlərin Rəbbi olan, qüsursuz və nümunəsiz Yaradan Allahı bizə tanıdar.
Məhz ürəyin xüsusiyyətlərindən bir neçəsi;

Ürək, bədənin ən etibarlı yerlərindən birinə yerləşdirilmişdir: Ən əhəmiyyətli orqanlardan olan ürək, yenə xüsusi dizaynla döş qəfəsinin içində yer alaraq, kənardan gələcək zərbələrə qarşı olduqca yaxşı qorunmuşdur.

Təmiz və çirkli qan heç bir şəkildə bir-birinə qarışmaz: Ürəkdə təmiz və çirkli qan həmişə hərəkətdədir. Xüsusi bir toxuma sayəsində ürək 4 fərqli xüsusiyyətdə olan kameralara bölünmüşdür. Sol və sağ qulaqcıqdan ibarət olan üst iki hissə dolma kameralarıdır. Onlara gələn qanı altdakı qarıncıqlara yollayarlar. Buradakı həssas nizam sayəsində qanlar bir-birlərinə qətiyyən qarışmazlar.

Qan təzyiqini orqanlara zərər verməyəcək şəkildə nizamlayar: Ürəyimiz tək bir nasos kimi deyil, yan-yana dayanan iki nasos kimi işləyər. Hər nasosun öz qulaqcığı və qarıncığı vardır. Bu bölünmə eyni zamanda qan dövranını da iki yerə ayırar. Ürəyin sağ tərəfi çirkli qanı nisbətən alçaq təzyiqlə ağciyərlərə yollayar. Sol tərəf isə təmiz qanı yüksək təzyiqlə bütün bədənə vurar. Bu təzyiq nizamı bədən üçün çox əhəmiyyətlidir, çünki əgər ağciyərə gedən qan, bədənə yayılan qanla eyni təzyiqdə vurulmuş olsaydı, ağciyərlər bu təzyiqə dözə bilməyərək parçalanardılar. Ürəkdəki mükəmməl tarazlıq sayəsində ağciyərlərdə heç bir zaman belə bir problem olmaz. Çünki ürəkdə qüsursuz bir dizayn vardır.

Bədənin ehtiyac duyduğu, bir çox maddənin orqanlara çatdırılmasını təmin edər: Ürəkdən gələn təmiz qan, aorta yoluyla toxumalara göndərilər və bütün hüceyrələrə çatan damarlar vasitəsilə daşıdığı oksigeni toxumalara buraxar. Qan; kapilyarlardakı bu dövran əsnasında oksigendən başqa ehtiva etdiyi hormon, qida və digər növdən olan maddələri də toxumalara paylayar.

Qanın axın istiqamətini nizamlayan və son dərəcə düzgün işləyən qapaqcıqlara malikdir: Ürəkdə hər kameranın ağzında yer alan və qanın axın istiqamətinin tərsinə dönməsinə maneə törədən qapaqcıqlar vardır. Qulaqcıqlarla qarıncıqlar arasındakı bu qapaqcıqlar lifvari toxumalardan meydana gələr. Bunlar çox incə əzələlər tərəfindən tutulur. Bu əzələlərdən təkcə biri işləməsə qulaqcıqlara doğru çox qan axacağından, bu vəziyyətdə insanı ölümə qədər aparan ağır ürək çatışmazlığı ortaya çıxardı. Belə bir problemlə ancaq xəstəlik vəziyyətində qarşılaşarıq. Əks vəziyyət heç bir zaman mümkün olmaz.

Dəyişən şərtlərə görə, lazım olduğu qədər qan vurar: Ürəyin vurduğu qan miqdarı bədənin ehtiyacına görə dəyişər. Normal şərtlərdə ürək dəqiqədə 70 dəfə atar. Yorucu məşqlər əsnasında isə əzələlərimiz daha çox oksigenə ehtiyac duyduğu üçün, ürək iş tempini dəqiqədə 180 dəfəyə qədər yüksəldərək vurduğu qan miqdarını artırar. Belə olmasaydı nə olardı? Bədənin daha çox enerjiyə ehtiyac duyduğu bir anda, ürək normal bir tempdə işləsəydi, tarazlığı pozulacağından bədəndə zərərlər meydana gələrdi. Halbuki, ürəyin sahib olduğu mükəmməl quruluş sayəsində belə bir şey olmaz. Bizim bir nizamlama etməyimizə ehtiyac qalmadan ürək, vurulacaq qan miqdarını özü nizamlayar.

İdarəmiz xaricində, amma lazım olduğu qədər işləyər: Ürəyin vuracağı qan miqdarına xüsusi bir sinir sistemi nəzarət edər. İstər yuxuda olaq, istərsə də oyaq olaq, sinir sistemimiz vurulmalı olan qan miqdarı və qan vurma sürətini özbaşına nizamlayar. Harada, nə vaxt, nə qədər qan lazım olduğunu heç bir müdaxilə olmadan nizamlayan ürəkdəki quruluş bir sözlə qüsursuzdur. Bu sistemi ürək öz-özünə meydana gətirə bilməyəcəyinə ya da bu mükəmməl sistem təsadüfən meydana gələ bilməyəcəyinə görə, ürək yaradılmışdır. Sonsuz elm sahibi olan Allah ürəyimizi də ola biləcək ən qüsursuz şəkildə yaratmışdır.

Özünə xas olan elektrik sistemiylə işləyər: Ürəyin atmasını təmin edən və ürək əzələsi deyilən əzələ, bədənimizdə olan digər əzələlərin hamısından fərqlidir. Bədəndəki əzələ hüceyrələri yalnız sinir sistemi xəbərdarlıq edincə sıxılarlar. Halbuki ürək əzələlərinin hüceyrələri öz-özlərinə sıxılarlar. Bu hüceyrələrdə öz elektrik axınlarını başlatma və yayma xüsusiyyəti vardır. Hər bir hüceyrənin bu qabiliyyəti olmasına qarşılıq heç biri bir-birindən müstəqil olaraq sıxılmaz və özlərini nəzarət edən elektrik sisteminin təlimatına zidd hərəkət etməz. Yəni biri sıxılarkən digəri boşalmaq surətiylə ürəyin işini çətinliyə uğradacaq bir qarışıqlığa düşməzlər. Bir zəncir halında dayanan bu hüceyrələr elektrik sistemindən gələn əmrlə birlikdə hərəkət edərlər. Yenə qüsursuz bir uyğunlaşma vardır.
Bütün xüsusiyyətlərində də görüldüyü kimi ürəkdəki quruluş da bizə ondakı qüsursuz dizaynı yəni "yaradılmışlığı" göstərər və özünü hazırlayan üstün güc sahibi Allahın sənətini tanıdar. Allah bir ayədə Özündən başqa İlah olmadığını belə xəbər verir:

 

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

 

 

ƏLLƏRİMİZDƏKİ TƏQLİD EDİLƏ BİLMƏYƏN DİZAYN

Bir çayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi adi gördüyümüz əməliyyatları icra edən əlimiz həqiqətdə inanılmaz bir mühəndislik möcüzəsi olaraq işləyir.
Əlin ən əhəmiyyətli xüsusiyyəti, tamamilə standart bir quruluşu olmasına baxmayaraq bir-birindən çox fərqli istifadə sahələrində böyük bir səmərə ilə işləməsidir. Çox sayda əzələ və sinirə sahib olan qollarımız, şərtlərə görə əlimizin qüvvətli və ya yumşaq qavramasında köməkçi olarlar. Məsələn, insan əli, yumruq sıxılmamış haldaykən belə hər hansı bir obyektin üzərinə 45 kilo ağırlığında bir güclə zərbə endirə bilər; digər tərəfdən də baş barmaq və işarə barmağı arasına aldığı, millimetrin onda biri incəliyindəki bir kağız parçasını da hiss edə bilər.
Görüldüyü kimi, bu iki əməliyyat da bir-birindən tamamilə fərqli xüsusiyyətlərə sahib əməliyyatlardır. Biri çox incə bir nizam tələb edərkən, digəri tam tərsinə böyük bir güc tələb edir. Amma biz, kağızı götürərkən də, yumruq atarkən də 1 saniyə belə necə etmək lazım olduğunu düşünmərik, ikisi arasındakı güc fərqini nizamlamağı da düşünmərik. "İndi bir kağız götürəcəyəm, ən yaxşısı 500 qramlıq bir güc tətbiq edim, indi də su dolu vedrəni qaldıracağam, bunun üçün də 40 kiloluq bir güc tətbiq edim" demərik. Bunlar ağlımıza belə gəlməz.
Çünki insan əli bütün bu əməliyyatları eyni anda edə biləcək şəkildə hazırlanmışdır. Əl, bütün xüsusiyyətləriylə birlikdə, özünə bağlı bütün strukturlarla birlikdə eyni anda yaradılmışdır.
Əldəki bütün barmaqlar, funksiyalarına görə ən uyğun uzunluqdadırlar və ən uyğun yerdədirlər, ayrıca bir-birlərinə mütənasibdirlər. Məsələn, normal baş barmağa sahib bir əllə atılan yumruğun gücü, normaldan daha qısa bir baş barmağa sahib əlin atdığı yumruğun gücündən daha çoxdur. Çünki baş barmaq, özü üçün seçilən uyğun uzunluq sayəsində digər barmaqların üzərinə qıvrıla bilir, beləcə onları dəstəkləyərək güc artımını təmin edir.
Əlin quruluşunda çox incə təfərrüatlar vardır; məsələn, əzələ və sinirlərlə yanaşı bəzi kiçik quruluşları da ehtiva edər. Məsələn, barmaqlarımızın ucundakı dırnaqlar qətiyyən lazımsız aksesuarlar deyil. Yerə düşmüş bir iynəni götürərkən, barmaqlarımız qədər dırnaqlarımızın da köməyinə müraciət edərik. Əlimizdəki barmaq izlərini meydana gətirən əyriliklər və dırnaqlar sayəsində də kiçik şeyləri rahatlıqla qavrayarıq. Hamısından əhəmiyyətlisi dırnaqlar, barmaqların tutduqları cismə tətbiq etmələri lazım olan həssas təzyiqin nizamlanmasında böyük rol oynayarlar.
Əlimizi digər orqanlarımızdan ayıran bir başqa xüsusiyyəti də yorulmamasıdır.
Tibb və elm dünyasının ən böyük səylərindən biri; insan əlinin bir bənzərini süni olaraq istehsal edə bilməkdir. Hazılanan robot əllər; güc baxımından insan əliylə eyni performansa sahibdirlər, ancaq insan əlində mövcud olan toxunmadakı həssaslıq, mükəmməl manevr qabiliyyəti və dəyişik işlər edə bilmə qabiliyyətləri mövzusunda eyni şeyi söyləmək mümkün deyil.
Necə ki, bir çox elm adamı, insan əlinin bütün funksiyalarına sahib robot əlin hazırlana bilməyəcəyini düşünür. "Karlsruhe Əli" olaraq adlandırılan robot əli hazırlayan mühəndis Hans J. Schneebeli bu mövzuda, "Robot əllər üzərində nə qədər çox işləyirəmsə, insanların sahib olduqları əllərə də o qədər çox heyran oluram. İnsan əlinin etdiyi işin bir qisminə çata bilməyimiz üçün daha çox zamanın keçməsi lazımdır" deyir.
Digər tərəfdən əl ümumiyyətlə, gözün ortaqlığıyla işləyən bir orqandır. Gözün qəbul etdiyi siqnallar beyinə çatdırılar və beyindən gələn yeni bir əmrlə; əl, edəcəyi işə uyğun olaraq hərəkətə keçər. Təbii ki, bunlar çox qısa müddətdə və bizim bu iş üçün xüsusi bir səy sərf etməyimizə gərək qalmadan reallaşar. Robot əllər isə, ancaq ya görmə ya da toxunma xüsusiyyətini əsas alaraq hərəkət edə bilərlər. Edəcəkləri hər əməliyyat üçün fərqli əmrlər verilməsi lazımdır. Ayrıca robot əllər fərqli-fərqli funksiyaları da yerinə yetirə bilməzlər. Məsələn, piano çala bilən robot əl, çəkic tuta bilməz. Çəkic tutan robot əl isə yumurtanı qırmadan tuta bilməz. Çoxsaylı tədqiqatlar nəticəsində yeni-yeni istehsal edilməyə başlayan bəzi robot əllər, bu əməliyyatların 2-3-nü bir yerdə edə bilir, amma bu, əlin qabiliyyətlərinə görə son dərəcə səthi qalır.
Bütün bunlarla yanaşı; insanda iki əlin eyni anda, mükəmməl bir uyğunlaşma ilə işlədiyi də əlavə olununca, əldəki dizaynın qüsursuzluğu daha dəqiq ortaya çıxır.
Allah əli insanlar üçün xüsusi olaraq hazırlamışdır. Hər xüsusiyyətiylə Allahın yaratma sənətindəki qüsursuzluğu və nümunəsizliyi bizlərə göstərər.

 

NƏTİCƏ

 İnsan bədəninin sahib olduğu bu mükəmməl mexanizmlər, demək olar ki, biz fərqində olmadan işləyir. Ürəyimizin döyünməsi, qaraciyərin funksiyaları, dərinin özünü yeniləməsi bizim məlumatımız xaricindədir. Burada toxunmadığımız yüzlərlə orqan eyni vəziyyətdədir. Böyrəklərin qanı süzdüyündən, mədənin yediklərimizi həzm etdiyindən, bağırsaqların hərəkətlərindən, ya da nəfəs almağımızı təmin edən ağciyərlərin düzgün işindən xəbərimiz belə olmaz.
İnsan, özünə verilmiş olan bu bədən adlı mükəmməl mexanizmin dəyərini, ancaq xəstələndiyində, hansısa orqanı funksiyasını yerinə yetirə bilməyəndə anlayır.
Yaxşı, içində yaşadığımız bu mükəmməl mexanizm necə var olmuşdur? Ağıl və vicdan sahibi bir insan üçün, bu bədənin "yaradılmış" olduğunu anlayıb hiss etmək çətin deyil şübhəsiz.
Bu bədənin təsadüflər nəticəsində var olduğunu qarşıya qoyan təkamülçülərin iddiası son dərəcə gülüncdür. Çünki, təkamülçülər, təsadüflərin bir-biri üzərinə əlavə olunaraq bir orqanizm var etdiyini qarşıya qoyarlar. Halbuki, insan bədəni, ancaq bütün orqanları birdən var olduğunda işləyə bilər. Böyrəksiz, ürəksiz, bağırsaqsız bir insan yaşaya bilməz. Bu orqanlar var olsa da, əgər vəzifələrini tam yerinə yetirmirlərsə, yenə insan həyatı davam etməz.
Buna görə, insan bədəni, yaşaya bilmək və nəslini davam etdirə bilmək üçün, tam olaraq əskiksiz bir şəkildə var olmuş olmalıdır. İnsan bədəninin, "bir anda, tamamilə əskiksiz bir şəkildə var olması"nın digər bir söyləniş tərzi də "yaradılmış olması"dır. Allah bu həqiqəti Vaqiə surəsində belə xəbər verir:

 

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz. (Vaqiə surəsi, 57-61)

 

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.