Quranda diqqət çəkilən dörd heyvan

Ağcaqanad

Saytın giriş hissəsində də vurğuladığımız kimi, Quranda Allah insanları, təbiəti araşdırmağa və burada yaradılmış olan "ayələri" görməyə çağırır. Çünki kainatdakı canlı-cansız bütün varlıqlar, "yaradılmış" olduqlarını göstərən işarələrlə doludur və özlərini Yaradanın güc, elm və sənətini göstərmək üçün vardırlar. İnsan, ağlını istifadə edərək bu işarələri görmək və Allahı tanımaqla məsuldur. Quranda ayrıca Allahın xüsusi olaraq diqqət çəkdiyi bəzi canlılar da vardır. Ağcaqanad, bunlardan biridir. Bəqərə surəsinin 26-cı ayəsində ağcaqanaddan Allah belə bəhs edir:

 

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.  (Bəqərə surəsi, 26)

 

Dəyərsiz və adi bir canlı kimi görünən ağcaqanad belə əslində Allahın ayələrini üzərində daşıması baxımından diqqət edilməli, araşdırılmalı, üzərində düşünülməli olan bir heyvandır. Məhz bu səbəblə də, Allah "ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz."

 

AĞCAQANADIN FÖVQƏLADƏ SƏRGÜZƏŞTLƏRİ

Ağcaqanadlarla əlaqədar olaraq ümumiyyətlə məlum olan, onların qansoran varlıqlar olduqları və qanla qidalandıqlarıdır. Halbuki, bu tam olaraq doğru bir məlumat deyil. Çünki ağcaqanadların hamısı deyil, yalnız dişiləri qan sorar. Ayrıca, dişilərin qan sorma səbəbləri qidalanma ehtiyacları üçün deyil. Həm dişi, həm də erkəklərin qidaları çiçək tozlarıdır. Dişilərin erkəklərdən fərqli olaraq qan sormalarının tək səbəbi, daşıdıqları yumurtaların yetkinləşmək üçün qanda olan zülallara ehtiyac duymalarıdır. Başqa bir sözlə, dişi ağcaqanad yalnız növünün davamını təmin etmək üçün qan sorar.
Buradakı əhəmiyyətli nöqtə isə, Allahın ayədə "dişi ağcaqanadlara" diqqət çəkməsidir. Daha əvvəl də ifadə etdiyimiz kimi qan soran və erkəyə görə daha üstün xüsusiyyətlərə sahib olanlar, yalnız dişi ağcaqanadlardır. Quranın endirildiyi dövrdə bu əhəmiyyətli incəliyin bilinməməsinə baxmayaraq, Allahın ayədə xüsusilə "dişi" ağcaqanada diqqət çəkməsi əlbəttə, olduqca mənalıdır.
Ağcaqanadın ən fövqəladə və heyranlıq oyandırıcı xüsusiyyətlərindən biri inkişaf müddətidir. Bir canlının kiçik bir qurddan çox fərqli mərhələlər keçirərək ağcaqanada çevrilməsinin qısa tarixi belədir:
Qanla bəslənən və yetkinləşən ağcaqanad yumurtaları, yaz ya da payız aylarında, nəmli yarpaqların üzərinə və ya qurumuş gölməçələrə dişi ağcaqanad tərəfindən buraxılarlar. Ana ağcaqanad əvvəlcə qarnının altındakı həssas qəbuledicilərin köməyiylə torpaqda yumurtalar üçün uyğun şərtlər axtarar. Lazım olan xüsusiyyətlərə sahib bir yer tapdığında yumurtlamağa başlayar. Uzunluqları 1 millimetrə də çatmayan yumurtalar tək-tək ya da qruplar halında olmaqla sırayla düzülər. Bəzi növlər isə yumurtalarını bir sal meydana gətirərcəsinə bir-birinə yapışmış şəkildə buraxarlar. Bu yumurta qruplarının bəzilərində 300-ə qədər yumurta olar.
Ana ağcaqanadın diqqətlə yerləşdirdiyi ağ rəngli yumurtalar dərhal tündləşməyə başlayar və iki saat içində tamamilə qapqara olarlar. Bu tünd rəng, böcəklərin və quşların fərq etmələrinə maneə törətdiyindən yumurtalar üçün əhəmiyyətli bir qoruma təmin edər. Yumurtalardan başqa bəzi sürfələr də olduqları məkana görə rəng dəyişməsinə uğrayarlar və bunun sayəsində qorunarlar.
Müxtəlif amillərdən faydalanaraq rəng dəyişdirmək olduqca kompleks kimyəvi proseslərin nəticəsində baş verər. Əlbəttə ki, ağcaqanadların müxtəlif mərhələlərindəki rəng dəyişikliyindən nə yumurtaların, nə sürfələrin, nə də ana ağcaqanadın xəbəri yoxdur. Bu canlıların belə bir sistemi özlərinin meydana gətirməsi, ya da bu sistemin təsadüfən ortaya çıxmış olması da mümkün deyil. Ağcaqanadlar ilk ortaya çıxdıqları andan etibarən bu sistemlərlə birlikdə yaradılmışlar.

 

YUMURTADAN ÇIXIŞ

Kürt dövrü tamamlandığında sürfələr demək olar ki, eyni zamanda yumurtadan çıxmağa başlayarlar. Aralıqsız bir şəkildə bəslənən sürfələr sürətlə böyüyərlər. Qısa zaman içində dəriləri daha çox böyümələrinə maneə törədəcək qədər gərginləşər. Bu, ilk dəri dəyişməsi zamanının gəldiyinin göstəricisidir. Bu mərhələdə, olduqca sərt və kövrək olan dəri asanca qırılar. Ağcaqanad qurdcuğu inkişafını tamamlayana qədər iki dəfə də dəri dəyişdirəcək.
Sürfələrin bəslənməsi üçün yaradılmış olan üsul olduqca maraqlıdır. Sürfələr, tüklərdən yaranan yelpik formasındakı iki bığcıqla su içində kiçik burulğanlar meydana gətirərək, bakteriya və digər mikroorqanizmlərin ağızlarına doğru axmalarını təmin edərlər. Su içində başıaşağı dayanan sürfələrin tənəffüsü isə dalğıcların istifadə etdiyi "hava borusu" kimi bir hava xortumuyla təmin edilər. Bədənlərinin ifraz etdiyi yapışqan bir ifrazat da, suyun hava dəliklərindən içəri girməsinə maneə olar. Görüldüyü kimi bu canlı, bir çox həssas tarazlığın bir yerdə fəaliyyət göstərməsi sayəsində yaşayır. Hava xortumu olmasa ağcaqanad qurdcuğu yaşaya bilməyəcək, yapışqan ifrazat olmasa xortum suyla dolacaqdır. Bu iki sistemin bir-birindən fərqli zamanlarda meydana gəlməsi ağcaqanadın bu mərhələdə ölməsi deməkdir. Bu da ağcaqanadın bütün sistemləriylə əskiksiz olaraq ortaya çıxdığını, yəni yaradıldığını sübut edər.
Sürfələr dərilərini bir dəfə də dəyişdirmişlər. Son dəri dəyişdirmə digərlərindən olduqca fərqlidir. Bu mərhələdə sürfələr artıq həqiqi ağcaqanad olmaq üçün son mərhələ olan "pup" dövrünə girmişlər. İçində olduqları örtük yaxşı şəkildə gərginləşmişdir. Bu da pupun artıq bu örtükdən xilas olma zamanının gəldiyini göstərir. Örtüyün içindən elə fərqli canlı çıxar ki, bunların eyni canlının fərqli inkişaf mərhələləri olduğuna inanmaq həqiqətən çətindir. Göründüyü kimi bu dəyişmə, nə qurdcuğun, nə anasının, nə də bir başqa canlının hazırlaya bilməyəcəyi qədər mürəkkəb və həssas bir əməliyyatdır.

Bu son dəyişmə əsnasında bir boru vasitəsilə suyun üstünə uzanmış olan tənəffüs dəlikləri bağlanacağından, canlı havasız qalma təhlükəsiylə üz-üzə gələr. Amma yeni çıxan canlının tənəffüsü artıq bu kanaldan deyil, baş tərəfində meydana gələn iki boru vasitəsilə ediləcək. Buna görə örtük dəyişdirməyə başlamazdan əvvəl bunlar su üzünə çıxar. Pup baramasının içindəki ağcaqanad artıq yaxşı şəkildə inkişaf etmişdir. Bir antena formasındakı bığcıqları, xortumları, ayaqları, sinəsi, qanadları, qarnı və başının böyük hissəsini örtən gözləri ilə ağcaqanad artıq uçmağa hazırdır. Pupun baraması baş tərəfdən cırılar. Bu mərhələdəki ən böyük təhlükə baramanın içinə su girməsidir. Ancaq cırılan baramanın baş tərəfi, ağcaqanadın başının su ilə təmasına maneə törədəcək bir yapışqan mayeylə örtülmüşdür. Bu an çox əhəmiyyətlidir, ən kiçik bir külək belə suya düşüb ölməsinə yol açacağı üçün ağcaqanad suya yalnız ayaqları dəyərək çıxmaq məcburiyyətindədir. Bunu bacarar.
Görəsən, ilk ağcaqanad belə bir çevriliş edəcək "qabiliyyətə" necə nail olmuşdur? Bir qurdcuq, öz-özünə, üç dəfə dəri dəyişdirib bir ağcaqanada çevrilməyə "qərar" mı vermişdir?
Əlbəttə xeyr, aydındır ki, Allah nümunə olaraq verdiyi bu canlını xüsusi olaraq bu şəkildə yaratmışdır.

 

Ağlasığmaz "Qan sorma" texnikası

Ağcaqanadın "qan sorma" texnikası isə insanları çox təəccübləndirəcək qədər təfərrüatlı quruluşların birlikdə fəaliyyəti ilə meydana gələn mürəkkəb bir sistemə bağlıdır.
Hədəf üzərinə qonan ağcaqanad, xortumundakı dodaqcıqlar vasitəsilə əvvəl bir nöqtə seçər. Ağcaqanadın şprisə bənzəyən iynəsi xüsusi bir örtüklə qorunmuşdur. Qan sorma əməliyyatı əsnasında bu örtük iynədən sıyrılar.
Dəri, sanıldığı kimi iynənin batırılması üsuluyla deşilməz. Buradakı əsas vəzifə bıçaq itiliyindəki üst çənə və üzərində geriyə doğru meyilli dişlərin olduğu alt çənəyə düşür. Alt çənə mişar kimi irəli-geri hərəkət edər və dəri üst çənənin köməyiylə sanki kəsilər. Açılan yarıqdan içəri girən iynə qan damarına çatınca deşmə əməliyyatına son verilər. Ağcaqanad artıq qan sormağa başlayacaq.
Ancaq bilindiyi kimi insan bədəni, damarlardakı ən kiçik bir zədələnmə qarşısında qanı anında laxtalanaraq, o bölgədəki qan axışını dayandıran bir fermentə malikdir. Əslində, bunun ağcaqanad üçün böyük bir problem yaratması lazımdır. Çünki onun açdığı kiçik dəliyə də bədən anında reaksiya verəcək, dərhal qan laxtalanacaq və təmir prosesi başlayacaq. Təbii, bu da ağcaqanadın heç qan sora bilməməsi deməkdir.
Amma ağcaqanad üçün bu problem tamamilə ortadan qaldırılmışdır. Ağcaqanad qan sormağa başlamazdan əvvəl, bədənində ifraz etdiyi xüsusi bir mayeni insan damarında açdığı dəliyin içinə buraxır. Bu maye, qandakı laxtalanmanı həyata keçirən fermenti təsirsiz hala gətirər. Beləcə, laxtalanma problemi olmadan, ağcaqanad qidasına çata bilər. Ağcaqanadın sancdığı yerdəki qaşınmaya və şişməyə səbəb olan da bu laxtalanmanı əngəlləyən mayedir.
Bu, şübhəsiz fövqəladə bir əməliyyatdır və qarşımıza bu sualları çıxarar:
1) Ağcaqanad insan bədənində bu cür bir laxtalandırıcı ferment olduğunu haradan bilir?
2) Bu fermentə qarşı öz bədənində bir ifrazat inkişaf etdirməsi üçün, fermentin tərkibini bilmək məcburiyyətindədir. Bu necə ola bilər?
3) Belə bir məlumatı əldə etsə belə, necə olub da öz bədənindən belə bir ifrazat çıxarıb, bunu iynəsinə köçürəcək "texniki təchizat"ı meydana gətirə bilər?
Əslində bütün bu sualların cavabı sadədir: Ağcaqanad bunların heç birini bacara bilməz. Nə bunun üçün lazımlı ağıla, nə kimya elminə, nə də ifrazatı çıxaracaq "laboratoriya" təchizatına malikdir. Bəhs etdiyimiz varlıq, bir neçə millimetr böyüklüyündə heç bir şüuru olmayan bir ağcaqanaddır, bu qədər!...
Ağcaqanadı belə inanılmaz, fövqəladə və heyranedici bir sistemə sahib edən isə, "göylərin, yerin və hər ikisi arasındakıların Rəbbi olan" Allahdır.

 

Bal arısı

Arıların çıxardığı bal dediyimiz maddənin insan bədəni üçün nə cür əhəmiyyətli bir qida maddəsi olduğunu artıq demək olar ki, hər kəs bilir. Lakin bu qiymətli qida maddəsini çıxaran arının fövqəladə xüsusiyyətləri çox az adam tərəfindən bilinir.
Arıların qida qaynağı bilindiyi kimi çiçək tozlarıdır. Ancaq qış aylarında çiçək tozu tapmaları mümkün deyil. Bu səbəblə, yığdıqları çiçək tozlarını bədənlərindəki xüsusi ifrazatlarla birləşdirərək, yeni bir qida maddəsini, yəni balı çıxarar və bunu qış üçün saxlayarlar.
Burada diqqət çəkən nöqtə, arıların, ehtiyaclarından daha çox bal hazırlamalarıdır. Təbii ki, ağıla gələn ilk sual, arı üçün lazımsız zaman və enerji itkisi kimi görünən bu "həddindən artıq istehsal" dan nə üçün vaz keçilə bilmədiyidir. Sualın cavabı isə Allahın Quranda bildirdiyi "vəhy" də gizlidir.
Arılar, yaradılışları səbəbilə yalnız özlərinə deyil, insanlara da bal hazırlayırlar. Yer üzündəki bir çox canlı kimi arılar da insanların xidmətinə təqdim edilmişlər. Eynilə hər gün özünə çox faydası olmamasına baxmayaraq, ən az bir yumurta verən toyuq və ya balasının ehtiyacından daha çox süd verən inək kimi...

 

ŞAN İÇİNDƏKİ MÜKƏMMƏL TƏŞKİLAT

Arıların şan içi həyatları və bal istehsalları da son dərəcə heyranlıq oyandırıcı təfərrüatlar ehtiva edər. Biz, çox təfərrüata girmədən, arıların "ictimai həyat" larının əsas xüsusiyyətləriylə tanış olaq. Arıların şanda etməli olduqları çox sayda "iş" vardır və mükəmməl bir təşkilatla bu işlərin öhdəsindən gəlirlər.

Rütubətin nizamlanması və ventilyasiya: Bala əhəmiyyətli dərəcədə qoruyucu xüsusiyyət qazandıran şan içindəki rütubət nisbəti daim müəyyən bir sərhəddə olmalıdır. Şanın içindəki rütubətin normadan az və ya çox olması vəziyyətində bal, həm qidalandırıcı, həm də qoruyucu xüsusiyyətini itirəcək, yəni məhv olacaq. Eyni şəkildə, şanın istiliyi də 10 ay müddətində tam 320C olmaq məcburiyyətindədir. Şandakı istilik və rütubətin davamlı olaraq lazımlı sərhədlərdə saxlanması üçün xüsusi bir "ventilyator qrupu" vəzifələndirilmişdir.
İsti bir gündə arıların şanlarını havalandırdıqları asan şəkildə görülə bilər. Şanın girişi arılarla dolar; yerin taxtasına sanki yapışar və qanadlarıyla şanı yelpiklərlər. Standart şanda hava, bir tərəfdən girib o biri tərəfdən çıxması üçün məcbur edilər. Şanın içindəki əlavə yelpikləyənlər də havanı dörd bir tərəfə yayarlar.
Şan içi ventilyasiya sisteminin bir başqa faydası da, şanı tüstüdən və havadakı çirklilikdən qorumaqdır.

Sağlamlıq sistemi: Arıların balın xüsusiyyətinin pozulmaması üçün göstərdikləri səy yalnız istilik və rütubət nizamı ilə məhdud deyil. Şanda, bakteriya törəməsinə səbəb olan bütün hadisələri nəzarət altında saxlamaq üçün mükəmməl bir sağlamlıq sistemi fəaliyyət göstərər. Bu sistem ilk olaraq bakteriya istehsalı ehtimalı olan maddələrin aradan qaldırılmasını hədəfləyər. Sağlamlıq sisteminin əsas prinsipi xarici maddələrin şana girməsinə maneə törətməkdir. Bu səbəblə, şanın girişində daim iki növbətçi saxlanılar. Bu tədbirə baxmayaraq, içəri yad bir böcək ya da cisim girmişsə, bunun ən qısa zamanda şandan uzaqlaşdırılması üçün arılar səfərbər olarlar və bunu dərhal çölə atarlar.
Şanın xaricinə atıla bilməyən böyüklükdəki xarici cisimlər üçün isə başqa bir təhlükəsizlik mexanizmi dövrəyə girər: Arılar bu xarici cisimləri "mumiyalar" lar. Arılar belə hallar üçün "propolis (arı qatranı)" adı verilən bir maddə isehsal edər və bununla mumiyalama əməliyyatını reallaşdırarlar. Şam, qovaq, akasiya kimi ağaclardan yığdıqları qatranlara bəzi xüsusi ifrazatlar əlavə edərək istehsal edilən arı qatranı şan içindəki çatlaqların yamanmasında da istifadə edilər. Arılar tərəfindən çatlaq üzərinə sürtülən qatran hava ilə təmasa keçdiyində quruyaraq sərt bir səth meydana gətirər, beləcə hər cür xarici təsirləri əngəlləyər. Arılar bir çox işlərində bu maddəni istifadə edərlər.
Bu nöqtədə ağıla bir çox sual gələcəkdir. Propolisin xüsusiyyəti, içində bakteriya saxlamamasıdır. Bu da propolisi mumiyalama işi üçün ideal bir maddə halına gətirər. Arılar bu maddənin mumiyalama üçün ideal bir maddə olduğunu haradan bilirlər? Müəyyən səviyyədə kimya elmi ilə, laboratoriyalarda və texnologiya istifadə edilərək istehsal edilən bir maddəni arılar necə istehsal edirlər? Bir böcək öldüyündə bakteriya törədəcəyini və bunun mumiyalama əməliyyatı ilə qarşısının alına biləcəyini necə bilirlər?
Arının bu mövzu haqqında nə bir məlumatının, nə də bədənində laboratoriyası olmadığı açıqdır. Arı yalnız 1-2 cm.-lik bir böcəkdir və yalnız Allahın özünə ilham etdiyi şəkildə davranır.

 

ƏN AZ VƏSAİT İLƏ ƏN ÇOX BAL TOPLAMA

Bal arıları kiçik bal mumu parçalarına şəkil verərək, 30.000 arının yaşaya biləcəyi və birlikdə işləyə biləcəyi şanlar inşa edə bilərlər.
Şan, hər bir üzündə yüzlərlə kiçik pətək gözü olan bal mumu divarlı pətəklərdən meydana gələr. Bütün pətək gözləri tamamilə eyni böyüklükdədir. Bu mühəndislik möcüzəsi, minlərlə arının birlikdə fəaliyyəti ilə hazırlanar. Arılar, bu gözləri qida yığmaq və gənc arıların baxımı üçün istifadə edərlər.
Bal arıları, pətək gözlərini milyonlarla ildir (100 milyon il əvvələ aid arı fosili (daşlaşmış qalıntı) tapılmışdır) altıbucaqlı şəklində inşa edərlər. Görəsən, niyə səkkizbucaqlı və ya beşbucaqlı kimi həndəsi fiqurlar deyil də, xüsusilə altıbucaqlı seçilmişdir? Bu sualın cavabını riyaziyyatçılar verir: Vahid sahənin maksimum istifadəsi üçün ən uyğun həndəsi şəkil altıbucaqlıdır. Pətəklər altıbucaqlı əvəzinə başqa bir şəkildə inşa edilsəydi, istifadə edilməyən bölgələr ortaya çıxacaq, beləcə daha az bal yığıla biləcək və şandan daha az sayda arı faydalana biləcəkdi.
Dərinlikləri eyni olduğu müddətcə üçbucaq və dördbucaqlı hüceyrələrdə də altıbucaqlı hüceyrələrdəki qədər bal yığıla bilərdi. Ancaq bu fiqurlardan çevrəsi ən qısa olan altıbucaqlıdır. Eyni həcmə sahib olmasına baxmayaraq, altıbucaqlı hüceyrələr üçün istifadə edilən vəsait üçbucaq və ya dördbucaqlı üçün istifadə ediləndən daha azdır.
Bu vəziyyətdə bu nəticəyə gəlinər: Altıbucaqlı pətək gözü, ən çox miqdarda bal yığarkən, inşası üçün ən az bal mumu tələb edən şəkildir. Mürəkkəb həndəsə əməliyyatları ilə ortaya çıxan bu nəticə, əlbəttə arılar tərəfindən hesablanmış deyil. Bu kiçik heyvanlar, altıbucaqlını, yaradılışlarına uyğun olaraq, yalnız özlərinə öyrədildiyi, bir başqa sözlə "vəhy edildiyi" üçün istifadə edirlər.
Arıların altı bucaqlı pətək gözləri hər istiqamətdən rahat dizayndır. Pətək gözlər bir-birinə uyğun və divarları ortaqdır. Bu, yenə ən az bal mumuyla ən çox qida yığmanı təmin edər. Pətək gözlərinin divarları olduqca incə olmalarına baxmayaraq öz ağırlıqlıqlarının bir neçə qatını daşıya biləcək gücdədirlər.
Arılar pətək gözlərin yan səthləri ilə yanaşı, dib tərəflərini də edərkən ən çox qənaət prinsipini nəzərlərində saxlayarlar.
Pətəklər, arxa-arxaya vermiş iki sıralı bir dilim şəklində hazırlanar. Bu vəziyyətdə iki pətək gözünün birləşmə nöqtələri problemi yaranacaq. Bu problem, pətək gözünün döşəmələrinin, üç kvardratı birləşdirərək inşa edilməsiylə həll edilmişdir. Pətəyin bir üzündə üç pətək gözü hazırlanması, döşəmənin o biri üzündəki bir pətək gözü döşəməsinin hazır edilmiş olması deməkdir.
Döşəmə kvadrat şəklindəki bal mumu təbəqələrindən meydana gəldiyindən, bu üsulla edilən pətək gözlərin dibində aşağıya doğru bir dərinləşmə görülər. Bu pətək gözünün həcminin və buna görə də yığılacaq balın miqdarının artması deməkdir.

 

PƏTƏK GÖZLƏRİNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ

Bal arılarının pətək inşası əsnasında diqqət yetirdikləri bir başqa xüsusiyyət, gözlərin meyilliyidir. Pətək gözləri hər iki yana doğru 13 dərəcə yüksəldilərək yerə tam paralel olmaları əngəllənər. Beləcə bal, ağız qismindən axıb getməz.
İşçi bal arıları işləyərkən bir-birlərinə halqalar şəklində asılaraq salxım formasında toplanarlar. Bundakı məqsəd, bal mumu istehsalı üçün lazım olan 350C-lik istiliyin təmin edilə bilməsidir. Arılar qarınlarındakı torbacıqlardan şəffaf bir maye çıxararlar. Bu maye, çölə sızar və ağ incə bal mumu təbəqələrini sərtləşdirər. Arılar da bal mumunu ayaqlarındakı kiçik qarmaqlarla toplayarlar. Daha sonra bal mumunu ağızlarına qoyar, ağızlarında yumşalana qədər işləyərlər və pətəklərdə onu şəkilləndirərlər. Bir çox arı birlikdə hərəkət edərək, bal mumunun yumşaq və işlənə bilən halda qalması üçün iş yerinin tam istənilən istilikdə olmasını təmin edər.  
Pətəyin inşasında çox maraqlı bir nöqtə daha vardır: Pətəyin inşa edilməsinə şanın üst qismindən başlanar və eyni anda iki-üç silsilə aşağıya doğru hörülər. Bir pətək dilimi hər iki yana doğru genişləyərkən, əvvəl ehtiva etdiyi iki sıranın döşəmələri birləşər. Bu iş çox uyğun və nizamlı bir şəkildə reallaşar. Belə ki, pətəyin fərqli iki ya da üç parçadan meydana gətirildiyini fərq etmək mümkün deyil. Eyni anlarda dəyişik uclardan edilən pətək dilimləri o qədər düzgündür ki, yüzlərlə bucaq ehtiva etməsinə baxmayaraq, birdəfəlik edilən quruluş təəssüratı verər.
Bunun meydana gələ bilməsi üçün, arıların başlanğıc və birləşmə nöqtələri arasındakı uzaqlıqları əvvəlcədən hesablayıb, gözlərin ölçülərini ona görə planlamaları lazımdır. Minlərlə arının bu qədər həssas bir hesabı düzgün bilməsi elm adamlarını heyrətlər içində buraxır.
İnsanların belə altından qalxa bilməyəcəyi bu işi arıların təşkil edə biləcəklərini düşünmənin ağıllı olmadığı ortadadır. O qədər incə bir hesab və təfərrüatlı bir təşkilat vardır ki, bunu öz-özlərinə bacarmaları mümkün deyil. Elə isə arılar bunu necə bacarırlar? Təkamül tərəfdarlarının bu mövzuda söyləyəcəkləri tək şey, hadisənin "instinkt" sayəsində bacarıldığıdır. Amma bu instinkt deyilən, necə bir şeydir ki, eyni anda minlərlə arıya xitab edir və onların kollektiv bir iş etmələrini təmin edir? Çünki arıların hər birinin öz "instinktləri" ilə belə bir işə istiqamətləndirilmələri mükün deyil; etdikləri işin bir-biriylə uyğun olması da lazımdır. Bu səbəblə, eyni mərkəzdən gələn bir "instinkt" ilə istiqamətləndirilməlidirlər. Fərqli nöqtələrdən şanı inşa etməyə başlayan, ən sonunda da heç bir açıqlıq qalmadan və bütün altıbucaqlılar bərabər olacaq şəkildə inşa etdiklərini birləşdirən arılar, heç şübhəsiz ki, eyni mərkəzdən "instinkt"  mesajları almalıdırlar! ...
Etdiyimiz şərhdə istifadə etdiyimiz "instinkt" sözü əslində Allahın Yusif surəsinin 40-cı ayəsində "Sizin Allahdan başqa ibadət etdikləriniz, Allahın özləri haqqında heç bir dəlil nazil etmədiyi, sizin və atalarınızın ad olaraq adlandırdıqlarınızdan başqası deyil." hökmüylə xəbər verdiyi adlardan başqa bir şey deyildir. Belə açıq-aşkar həqiqətləri ört-basdır edə bilmək narahatlığıyla "quru adlar" üzərində israr etmənin bir faydası yoxdur. Arılar, topluca tək bir yerdən istiqamətləndirilir və bu şəkildə əsla öz başlarına edə bilməyəcəkləri işləri bacarırlar. Onları buna yönəldən də adı qoyulmuş, lakin heç bir tərifi olmayan instinktlər deyil, Nəhl surəsində Allahın bildirdiyi üzrə, "vəhy" dir. Bu kiçik heyvanlar, özlərini müəyyən bir vəzifə üçün yaratmış olan Allahın, özlərinə verdiyi "proqram" ı tətbiq etməkdən başqa bir şey etmirlər.

 

İSTİQAMƏTLƏRİNİ NECƏ TƏYİN EDİRLƏR?

Arılar çox vaxt yemək tapa bilmək üçün uzaqlara gedərək geniş sahələri axtarmaq məcburiyyətində qalarlar. Şanlarının 800 m. kənarına qədər uzanan bir sahə içərisində, çöl çiçəklərindən bal nektarı və çiçək tozu toplayarlar. Çiçəkləri tapan arı, bunların yerini xəbər vermək üçün şanına dönər. Ancaq bu arı, şandakı yoldaşlarına çiçəklərin yerini necə izah edəcək?
Rəqs yoluyla!... Şana dönən arı müxtəlif rəqslər etməyə başlayar. Bu rəqs, digər arıların, çiçəklərin yerini tapa bilmələri üçün istifadə edilən bir izahat yoludur. Arının etdiyi təkrarlanan rəqs, digər arılara hədəfə çatmaq üçün lazım olan istiqamət,  məsafə kimi bütün məlumatları əskiksiz olaraq verər.
Rəqs, arının davamlı olaraq çəkdiyi "8" şəklindən ibarətdir. Arı, səkkizin ortasını, quyruq qismini titrədərək ziq-zaqlar halında çəkər. Ziq-zaqlı yolun Günəş-şan arasındakı istiqamətlə etdiyi bucaq, çiçək qaynağının tam istiqamətini verər.  
Qaynağın istiqamətini bilmək də tək başına bir işə yaramaz. İşçi arılar bal nektarı yığa bilmək üçün, nə qədər uzağa getmələri lazım olduğunu da "bilməli"dirlər. Şana dönən arı, digər arılara, yenə müəyyən bədən hərəkətləriylə çiçək tozcuqlarının olduğu uzaqlığı "izah edər". Bunu gövdəsinin alt qismini yelləyib ani hava axınları meydana gətirərək ifadə edər. Digər arılar da antenaları ilə bu axınları qəbul edərək gedəcəkləri qida qaynağının uzaqlığını təsbit edərlər. Məsələn, 250 metr uzaqlıqdakı yeri "təsvir etmək" üçün yarım dəqiqəlik bir müddət içində bədəninin alt qismini 5 dəfə yelləyər. Beləcə, ifadə edilən bucaq və uzaqlıqla hədəfin yeri qəti olaraq ifadə edilmiş olar.
Amma qaynağa gediş-gəliş müddəti uzun sürən uçuşlarda, arını yeni bir problem gözləyər: Qida qaynağını yalnız Günəşə görə təsvir etmə qabiliyyətinə sahib olan arı, şana dönənə qədər, günəş hər 4 dəqiqədə bir 1 dərəcə yer dəyişdirər. Buna görə arının, yolda keçirdiyi hər 4 dəqiqə üçün yoldaşlarına verdiyi istiqamətdə bir dərəcə səhv etməsi lazım olarkən belə bir problem heç yaşamaz. Çünki gözü yüzlərlə kiçik altıbucaqlı lupadan meydana gələr. Hər lupa eynilə bir teleskopda olduğu kimi çox dar bir sahəni görər. Günün müəyyən bir anında Günəşə doğru baxan bir arı, uçarkən davamlı olaraq yerini tapa bilər. Ayrıca, arının bu hesabı, zamana görə Günəş işığının dəyişməsindən faydalanaraq etdiyi təxmin edilir. Nəticədə arı, günəş irəlilədikcə şanda verəcəyi istiqamətdə düzəliş edərək hədəfin istiqamətini səhv olmadan təyin edər.

 

ÇİÇƏK İŞARƏLƏMƏ ÜSULU

Bal arıları, bir çiçəyin nektarının daha əvvəl başqa arılar tərəfindən toplandığını qonar-qonmaz anlayar və dərhal çiçəyi tərk edərlər. Bunun sayəsində həm vaxt, həm də enerji itkisindən xilas olarlar. Bəs, arı çiçək üzərində araşdırma etmədən nektarın bitdiyini haradan bilir?
Çünki çiçəkdən faydalanan və nektarı istehlak edən yoldaşları o çiçəyi, xüsusi qoxulu bir damla buraxaraq işarələyərlər. Onlardan sonra gələn hər hansı bir arı çiçəyə qonar-qonmaz əvvəlcədən buraxılan qoxunu alar və çiçəyin işə yaramaz olduğunu anlayaraq dərhal başqa bir çiçəyə yönələrlər. Bu şəkildə birdən çox arının eyni çiçəklə zaman itirmələri əngəllənmiş olar.

 

BAL MÖCÜZƏSİ

Allahın kiçik bir heyvan kanalıyla insanlara təqdim etdiyi balın nə cür əhəmiyyətli bir qida qaynağı olduğunu bilirsinizmi?
Bal, fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallara malikdir. Nektar və tozcuq qaynaqlarının xüsusiyyətlərinə görə dəyişməklə yanaşı, balda B1, B2, C, B6, B5 və B3 vitaminləri vardır. Həmçinin mis, yod, dəmir və sink də az miqdarlarda olur. Balın tərkibində bunlardan əlavə bəzi hormonlar da vardır.
Bal, Quran ayəsində xəbər verildiyi kimi, "insanlara şəfa" vermə xüsusiyyəti daşıyır. 20-26 sentyabr 1993-cü ildə Çində edilən Dünya Arıçılıq Konqresində elm adamlarının bal haqqındakı şərhləri də bunu təsdiqləyir:
Konqresdə, arı məhsulları ilə müalicə mövzusu üstünlük təşkil etdi. Xüsusilə ABŞ-lı elm adamları bal, arı südü, tozcuq və arı qatranının (propolis) bir çox xəstəliyi müalicə etdiyini bildirdilər. Rumıniyalı bir həkim balı katarakta xəstələri üzərində sınadığını və 2094 xəstədən 2002-sinin (95%) bal sayəsində tam olaraq yaxşılaşdığını açıqladı. Polşalı həkimlər isə arı qatranının hemoroid, dəri xəstəlikləri, qadın xəstəlikləri kimi bir çox xəstəliyə yaxşı gəldiyini təsbit etdiklərini bildirdilər. (Hürriyet Gazetesi, 19 oktyabr 1993)
Elmdə ən ön sıraları alan ölkələrdə arıçılıq və arı məhsulları artıq başlı-başına bir araşdırma sahəsi vəziyyətindədir. Balın digər faydaları isə belə sıralana bilər:

Asan şəkildə həzm edilər: İçindəki şəkərlərin bir başqa cins şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal, yüksək miqdarda turşu ehtiva etməsinə baxmayaraq ən həssas mədələr tərəfindən belə asanlıqla həzm edilər. Eyni zamanda bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə köməkçi olar.
Sürətlə qana qarışar: Bal ilıq suyla qarışdırıldığında 7 dəqiqə içində qana qarışar. Ehtiva etdiyi sərbəst şəkərlərdən ötrü beynin fəaliyyəti asanlaşar.
Qanın yaranmasına kömək olar: Bal, qanın yaranması üçün bədənin ehtiyac duyduğu enerjinin əhəmiyyətli bir hissəsini qarşılayar. Ayrıca, qanın təmizlənməsinə də köməkçi olar. Qan dövranını həm təşkil edici, həm də asanlaşdırıcı istiqamətdə təsiri vardır. Damar sərtliyinə qarşı əhəmiyyətli bir qoruyucudur.
İçində bakteriya sığına bilməz: Balın bakteriya sığınmasına imkan verməyən xüsusiyyəti "öldürücü təsir" olaraq adlandırılar. Edilən təcrübələr sulandırılmış balın bakteriya öldürücü xüsusiyyətinin saf bala görə iki qat artdığını göstərmişdir. İşin maraqlı tərəfi isə, arı koloniyasına yeni daxil olacaq tırtılların, özlərinə baxmaqla vəzifəli arılar tərəfindən -sulandırılmış balın bu xüsusiyyətini bilirmişcəsinə- sulandırılmış balla bəslənməsidir.
Arı südü: Arı südü, şandakı işçi arıların çıxardığı bir maddədir. Çox bəsləyici olan arı südündə şəkər, zülal, yağ və bir çox vitamin olur. Bədənin qüvvətsiz düşdüyü vəziyyətlərdə və toxuma yaşlanmalarından irəli gələn nasazlıqlarda istifadə edilər.
Arıların ehtiyaclarından çox çıxardıqları balı, insanlar üçün və insanlara uyğun olaraq etdikləri açıqdır. Bu inanılmaz vəzifəni "öz başlarına" edə bilməyəcəkləri də ...

 

 

DƏVƏ

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə yerə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. (Ğaşiyə surəsi, 17-21)


Bütün varlıqları sahib olduqları xüsusiyyətlərlə yaradan Rəbbimizin sonsuz gücünü və elmini göstərdiklərinə heç bir şübhə yoxdur. Allah, Qurandakı bir çox ayədə bu həqiqəti bildirir, Allahın hər yaratdığının bir ayə, yəni „bir dəlil və ibrət“ olduğuna davamlı diqqət çəkir.

Ğaşiyə surəsinin 17-ci ayəsində də üzərində diqqətlə düşünülməli və ibrət götürülməli olan bir heyvandan, "dəvə" dən bəhs edilir.

Bu hissədə, Allahın Quranda "baxmırlarmı o dəvəyə necə yaradıldı" ifadəsiylə diqqət çəkdiyi bu canlını araşdıracağıq.

Dəvəni "xüsusi bir canlı" edən, ən ağır şəraitlərdən belə təsirlənməyən bədən quruluşudur. Bu elə bir bədəndir ki, aclıq və susuzluğa günlərlə dayanar, günlər boyu, kürəyində yüzlərlə kilo ağırlıqla yol qət edə bilər.

Dəvənin, təfərrüatını sonrakı səhifələrdə görəcəyiniz xüsusiyyətləri, onun, quraq mühitlər üçün xüsusi bir yaradılışla var edildiyini və insanın xidmətinə verildiyini göstərir. Və bu də düşünən insanlar üçün açıq bir yaradılış dəlilidir.

 

"Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün dəlillər vardır." (Yunis surəsi, 6)

 

Aclıq və susuzluğa fövqəladə dözmə qabiliyyəti:
Dəvə, 50°C istilikdə 8 gün ac-susuz qala bilər. Bu müddət içində ümumi çəkisinin 22%-ni itirər. İnsan, bədənində olan suyun 12%-ni itirdiyində ölərkən, dəvə, bədənindəki suyun 40%-ni itirdiyi halda ölməz. Dəvənin susuzluğa dözümlülüyünün digər bir səbəbi də, gündüz bədən istiliyini 41°C-yə qədər qaldıran bir mexanizmə sahib olmasıdır. Bunun sayəsində, gündüz həddindən artıq səhra istisində su itkisini minimum səviyyədə saxlaya bilir. Soyuq səhra gecələrində isə bədən istiliyini 30°C-yə qədər sala bilir.
Mükəmməl su istifadə etmə modulu:
Dəvələr, 10 dəqiqədə ağırlıqlarının üçdə biri nisbətində su içərlər. Bu miqdar bəzən 130 litr ola bilir. Bununla yanaşı, dəvə, insana nisbətlə 100 qat daha geniş sahəni əhatə edən burun selikli qişasına malikdir. Heyvan, çox böyük və qıvrımlı burun selikli qişası sayəsində, havadakı nəmin 66%-nı tuta bilir.
Qidalardan və sudan maksimum istifadə:
Heyvanların çoxu, böyrəklərində yığılan sidik cövhəri qana qarışdığı anda zəhərlənərək ölər. Halbuki, dəvə, bədənində yaranan sidik cövhərini dəfələrlə qaraciyərdən keçirərək, sudan və qidalardan maksimum dərəcədə istifadə edə bilir.
Dəvənin qan və hüceyrə quruluşu da, səhra şərtlərində uzun müddət susuz yaşaya bilməsini təmin edə biləcək şəkildədir.
Hüceyrə divarları, hüceyrələrin çox su itirməsini maneə törədəcək bir quruluşdadır. Qan quruluşu isə, dəvənin bədənində su minimuma endiyində belə qan axışında bir ağırlaşma yaratmayacaq formadadır. Ayrıca qanında, susuzluğa dözümlüyü artıran alüminium fermenti, digər canlılardan fərqli olaraq, daha çox miqdardadır.
Dəvənin bir başqa dəstəkləyicisi də hürgücüdür. Hürgüclərdə dəvənin bədən ağırlığının beşdə biri qədər yağ yığılmışdır. Dəvədə yağın tək bir nöqtədə toplanması, -yağa bağlı olaraq- bədənin hər yerində çoxlu miqrdarda su sərfinə mane olar. Bu da dəvənin suyu minimum nisbətdə istifadə etməsinə səbəb olar.
Bir hürgüclü dəvə, normal olaraq, gündə 30-50 kq. qida ala bilərkən, çətin şərtlərdə gündə yalnız 2 kq. quru otla bir ay boyunca yaşaya bilir. Dəvənin ağız və dodaq quruluşu, ayaqqabı dərisini deşəcək qədər iti tikanları belə rahatlıqla yeyə biləcəyi şəkildədir. Dörd kameralı mədəsi və həzm sistemi isə önünə çıxan hər şeyi üyüdə biləcək qədər güclüdür. Dəvə adi halda, yemək qrupuna daxil olmayan kauçuk kimi maddələrdən belə istifadə edə bilər. Quraq mühitlərdə bu xüsusiyyətin nə qədər qiymətli olduğu açıqdır.
Tornadolara və tufanlara qarşı tədbir:
Dəvənin gözləri iki qat kirpiklidir. Kirpiklər, tələ kimi iç-içə keçərək, gözü şiddətli qum tufanlarına qarşı tam qoruyar. Dəvələr ayrıca, burun dəliklərini də qum girməsinə maneə törətmək üçün bağlaya bilərlər.
Yandırıcı istiyə və dondurucu soyuğa qarşı tədbir:
Bütün bədənini örtən sıx tüklər səhranın yandırıcı günəşinin heyvanın dərisini yandırmasına mane olar. Bunlar eyni zamanda soyuqda da heyvanın isinməsini təmin edərlər. Səhra dəvələri 70°C-lik istiliyin təsiri olmazkən, cüt hürgüclü dəvələr mənfi 52°C-lik soyuqda yaşaya bilirlər. Bu tip dəvələr, 4.000 metrlik yüksək yaylalarda belə həyatını davam etdirə bilirlər.
Qızmar qumlar üçün tədbir:
Ayaqlarına nisbətən son dərəcə böyük olan pəncələri də xüsusi olaraq yaradılmış, heyvan quma batmadan gedə bilsin deyə genişlədilib yayılmışdır. Ayaq dabanlarındakı xüsusi qalın dəri isə qızmar səhra qumlarına qarşı alınmış tədbirdir. Bütün bu məlumatların əsasında düşünək:
Dəvə, öz bədənini səhra mühitinə görə özü nizamlamışdır? Burunun selikli qişasını  özü meydana gətirib, belindəki hürgücü özü meydana gətirmişdir? Ya da tornado və tufana qarşı göz və burun quruluşunu özü hazırlamışdır? Qan və hüceyrə quruluşunu, “su sərf etməmək əsası” üzərinə özü təşkil etmişdir? Bədənindəki tüklərin toxumasını dəvənin özü seçmişdir? Özü özünü "səhra gəmisi"nə çevirmişdir?
Dəvə -hər hansı bir başqa canlı kimi- əlbəttə, bunları edə bilməz, öz-özünü insanlara faydalı hala gətirə bilməz. "Baxmırlar, o dəvəyə, necə yaradıldı?" ayəsi, həqiqətən də bu fövqəladə heyvanın mövcudluğunu ən yaxşı şəkildə açıqlayır. Dəvə də, digər bütün varlıqlar kimi yaradılmış, müxtəlif xüsusiyyətlərlə bəzənmiş və Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq yer üzünə yerləşdirilmişdir. Dəvə, bu cür üstün fiziki xüsusiyyətlərlə yaradılarkən, insana xidmət etməklə vəzifələndirilmişdir. İnsan isə, bütün varlıq aləminin içindəki buna bənzər yaradılış möcüzələrini görmək və bütün varlıqların yaradıcısı olan Allahı bilib-tanımaqla...

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.