Son elmi kəşflər və Quran

Quran ayələri və kainat

Allah İsra surəsinin 88-ci ayəsində, Quranın ilahi xüsusiyyətinə diqqət çəkərkən belə buyurur:

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)

Quranı 14 əsr əvvəl Allah yer üzünə endirmişdir və XX əsr texnologiyasıyla kəşf edilən bəzi həqiqətləri bizə əsrlərlə əvvəl Quran ilə bildirmişdir.
Quranın Allah Qatından endirilmiş olduğunun və insanlar tərəfindən bir bənzərinin əsla gətirilə bilməyəcəyinin bir çox dəlili vardır. Bu dəlillərdən biri də, Qurandakı ayələrdə diqqət çəkilən mövzuların, içində olduğumuz kainatda hər təfərrüatı ilə var olmasıdır:
" Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik...." (Fussilət surəsi, 53) ayəsinin hökmünə uyğun olaraq, Quranda Allahın verdiyi bütün məlumatlar, xarici dünyada qarşılığını tapar. Çünki kainatdakı hər şeyi yaradan və buna görə onun bütün məlumatına sahib olan da, Quranı endirən də Allahdır. Bu səbəblə, Quranda verilən bütün məlumatlar, edilən bütün təhlillər, bəsirəti (ürək gözü) açıq, ağıllı və vicdanlı kəslər tərəfindən görülüb tanınacaq.
Allah Quranın endirilmə məqsədini ayələrdə belə bildirir:

 

"... Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır." (İbrahim surəsi, 1)

 

"(Quran) Təmiz ağıl sahibləri üçün hidayət rəhbəri və zikrdir." (Mümin surəsi, 54)

 

Qısacası, Quran, möminlərə rəhbər olmaq üçün endirilmişdir. Onlara, Allaha necə qulluq edəcəklərini, Onun razılığını necə axtaracaqlarını açıqlayır.
Ancaq Quranda kainatın yaradılışı, insanın doğumu, atmosferin quruluşu, səmadakı və yer üzündəki tarazlıqlar kimi bəzi mövzular haqqında da əsas məlumatlar verilər. Bu mövzularda verilən məlumatların, müasir elmin son kəşfləriylə uyuşması isə, Quranın "Allah sözü" olduğunu bir daha ortaya qoyması baxımından əhəmiyyət daşıyır. Çünki "Onlar hələ Quranı yaxşıca düşünmürlərmi? Əgər o, Allahdan başqasının Qatından olsaydı, şübhəsiz içində bir çox ziddliklər (ziddiyyətlər, ixtilaflar) tapacaqdılar." (Nisa surəsi, 82) ayəsi sirrinə görə, şübhəsiz Quranın xəbərləri ilə xarici dünya arasında tam bir uyğunlaşma vardır.
Sonrakı səhifələrdə Quran ayələrinin kainat haqqında verdiyi bəzi məlumatların elm ilə olan fövqəladə paralelliyinə toxunacağıq.

 

GÖYLƏRİN YARADILIŞI

"Gecə səmaya bir baxış, insana güclü "dəyişməyən kainat" təəssüratı verər. Doğru; buludlar Ayın qarşısında gəzdirilirlər, göy qübbəsi qütb ulduzu ətrafında dönər; daha uzun zaman dilimində Ayın özü böyüyər və kiçilər; Ay və planetlər, ulduzların meydana gətirdiyi bir zəminə görə hərəkət edərlər. Lakin bilirik ki, bunlar tək Günəş sistemimizin içindəki hərəkətlərin səbəb olduğu yerli hadisələrdir. Planetlərin kənarında, ulduzlar hərəkətsiz kimidirlər..."
Yuxarıdakı sətirlər, “İlk üç dəqiqə” kitabının yazıçısı Steven Weinbergə aiddir.Həqiqətən də səmaya təbii gözlə baxış, hər şeyin çox stabil və sabit olduğu hissini oyandıra bilər. Halbuki vəziyyət fərqlidir. Səmada böyük bir hərəkətlilik vardır və açıq gözlə əsla fərq edilə bilməyən bu həqiqət, Quranda əsrlər əvvəl xəbər verilmişdir.
Quranda göy üzü ilə əlaqədar istifadə edilən çox sayda ayəyə rast gəlmək mümkündür. Ərəbcə səmavat olaraq keçən "göylər" sözü həm Dünyanın atmosferini, həm də kosmos boşluğunu ifadə edir. Burada ilk olaraq üzərində dayanacağımız nöqtə, göylər ifadəsindəki çoxluq istifadədir. Bu çoxluqdan istifadə Quranın möcüzələrindən biridir. İndi bunu açıqlayaq.
Açıq havaya çıxaraq başınızı göyə çevirdiyinizi düşünün. Nə görərsiniz? Yaz ayıdırsa, ya gömgöy bir səma və ya bəlkə küləklə hərəkət edən buludlar; qış ayıdırsa da boz, dumanlı bir səma və hər yanı örtən buludlar vardır görünüşdə. Lakin hər nə görərsizsə görün, Dünyanı əhatə edən atmosferi görə bilməzsiniz. Üstəlik, bu atmosferin bir çox təbəqədən meydana gəldiyini heç bilə bilməzsiniz. Əlbəttə ki, açıq gözlə fərq edilə bilməyəcək bu təfərrüata Quran ayələrində işarə edilməsi Quranın Allahın sözü olduğunun böyük bir dəlilidir. Allah Quranda atmosferin təbəqələrinə belə diqqət çəkmişdir:

"Yeddi göyü təbəqələr şəklində quran Odur...." (Mülk surəsi, 3)

 

BİG BANG NƏZƏRİYYƏSİ VƏ ÖYRƏTDİKLƏRİ

İçində olduğumuz ucsuz-bucaqsız kainatın necə var olduğu, hara doğru getdiyi, içindəki nizam və tarazlığı təmin edən qanunların necə işlədikləri hər dövrdə insanların maraq mövzusu olmuşdur.
XX əsrin əvvələrinə qədər hakim olan görüş, kainatın sonsuz ölçülərə sahib olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. "Statik kainat modeli" adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son mümkün deyildi.
Materialist fəlsəfənin də əsasını meydana gətirən bu görüş, kainatı stabil, sabit və dəyişməz maddələr bütünü olaraq qəbul edərkən bir Yaradıcının varlığını da rədd edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya, materialistlərə zəmin təmin edən sabit kainat modeli kimi primitiv anlayışları kökündən yıxmışdır. XXl əsrin əvvəllərində olduğumuz bu dövrdə, kainatın bir başlanğıcı olduğu, yox ikən bir anda böyük bir partlayışla yaradıldığı müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesabla isbat edilmiş vəziyyətdədir. Ayrıca, kainatın, materialistlərin iddia etdikləri kimi stabil və sabit olmadığı, tam tərsinə davamlı bir hərəkət və dəyişmə içində olduğu, genişləndiyi müəyyən olunmuşdur. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilir. İndi də bu çox əhəmiyyətli həqiqətlərin elm dünyası tərəfindən necə ortaya çıxarıldığından bəhs edək:

 

KAİNATIN GENİŞLƏNMƏSİ

1929-cu ildə Kaliforniya Mount Wilson müşahidə evində, Amerikalı astronom Edvin Habbl (Edwin Hubble)  astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habbl, istifadə etdiyi nəhəng teleskopla səmanı tədqiq edərkən, ulduzların, uzaqlıqlarına bağlı olaraq qızılı rəngə çalan bir işıq yaydıqlarını təyin etdi. Bu görüş elm dünyasında böyük bir əks-səda yaratdı. Çünki məlum olan fizika qanunlarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqların spektri bənövşəyi rəngə, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqların spektri də qırmızı rəngə çalar. Habblın müşahidələri əsnasında isə ulduzların işıqlarının qırmızıya çalması fərq edilmişdi. Yəni ulduzlar bizdən daim uzaqlaşmaqda idilər.
Habbl, çox keçmədən çox əhəmiyyətli bir şeyi daha kəşf etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında gəlinəcək tək nəticə, kainatın hər an "genişlənməkdə" olduğu idi.
Mövzunu daha yaxşı anlamaq üçün, kainatı şişirilən bir şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşdıqları kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birlərindən uzaqlaşırlar. Əslində bu həqiqət daha əvvəldən də nəzəri olaraq kəşf edilmişdi. Əsrin ən böyük elm adamı sayılan Albert Eynşteyn, nəzəri fizika sahəsində etdiyi hesablamalarla kainatın sabit ola bilməyəcəyi nəticəsinə gəlmişdi. Lakin o dövrün ümumi olaraq qəbul edilən sabit kainat modeliylə tərs düşməmək üçün bu kəşfini bir kənara buraxmışdı. Eynşteyn bu davranışını daha sonra, “həyatının ən böyük səhvi” olaraq adlandıracaqdı.
Yaxşı, kainatın genişlənməsinin, kainatın yaranması mövzusundakı əhəmiyyəti nə idi? Kainat genişləndiyinə görə, zaman içində geriyə doğru gedildiyində kainatın tək bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu "tək nöqtə"nin, "sıfır həcmə" və "sonsuz sıxlığa" sahib olmasının zəruriliyini göstərdi. Kainat, sıfır həcmə sahib olan bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Kainatın başlanğıcı olan bu böyük partlayışa, ingiliscə qarşılığı olan "Big Bang" adı verildi və bu nəzəriyyə də eyni adla xatırlanmağa başlandı.
Əslində sıfır həcm bu mövzunun nəzəri bir ifadə formasıdır. Elm, insan ağlının qavrama sərhədlərini aşan "yoxluq" anlayışını ancaq "sıfır həcmdəki nöqtə" ifadəsi ilə tərif edə bilir. Həqiqətdə isə "sıfır həcmdəki bir nöqtə", "yoxluq" mənasını verər. Kainat da yoxluqdan var olmuşdur. Digər bir sözlə yaradılmışdır.
Müasir fizikanın ancaq bu əsrin sonlarına doğru çatdığı bu böyük həqiqəti Allah, Quranda bizə 14 əsr əvvəldən belə xəbər vermişdi:

 

"O Allah göyləri və yeri yoxdan var edəndir." (Ənam surəsi, 101)

 

Bilindiyi kimi, Big Bang nəzəriyyəsi, başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə olduqlarını və sonradan ayrıldıqlarını göstərmişdir. Allah Big Bang nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqəti də, zamanımızdan tam 14 əsr əvvəl insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə yenə Quranda belə bildirirdi:

 

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)

 

Yəni hər şey, hətta hələ yaradılmamış olan "göylər və yer" belə, tək bir nöqtədəykən böyük partlayış ilə yaradılmış və bir-birlərindən ayrılaraq kainatın bu günkü şəklini meydana gətirmişlər. Ayənin ifadələrini Big Bang nəzəriyyəsi ilə müqayisə etdiyimizdə tamamilə uyğun gəldiklərini görərik. Halbuki, Big Bangın elmi bir nəzəriyyə olaraq ortaya atılması ancaq XX əsrdə mümkün olmuşdur.
Kainatın genişlənməsi, Böyük Partlayış nəzəriyyəsinin, yəni kainatın yoxdan var edildiyinin ən əhəmiyyətli dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən bu həqiqət, müasir elm tərəfindən ancaq bu əsrdə kəşf edildiyi halda Allah bu həqiqəti yenə bundan 14 əsr əvvəl xəbər vermişdir:

 

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)

 

1948-ci ildə Corc Gamow, Big Bangla bağlı olaraq yeni bir iddia irəli sürdü. Buna görə kainatın Böyük Partlayış ilə meydana gəlməsi vəziyyətində, kainatda bu partlayışdan artıq qalan bir radiasiyanın da olması lazım idi. Üstəlik, bu radiasiya kainatın hər yanında bərabər olmalı idi.
"Olması zəruri olan" bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki tədqiqatçı bu dalğaları təsadüfi olaraq kəşf etdilər. "Kosmik Fond Radiasiyası" adı verilən bu radiasiya, yerli mənşəli deyil, kainatın hər yerinə dağılmış radiasiya idi. Beləcə, uzun müddətdir kainatın hər yerindən bərabər ölçüdə qəbul edilən istilik dalğasının, Big Bangın ilk dövrlərindən qalma olduğu ortaya çıxdı. Penzias və Wilson, bu kəşflərindən ötrü Nobel Mükafatı qazandılar. 1989-cu ildə isə, Amerika Kosmos Tədqiqatları Dairəsi NASA, Kosmik Fond Radiasiyasını araşdırmaq üzrə kosmosa KOBE peykini göndərdi. Bu inkişaf etmiş peykə yerləşdirilən həssas skanerlərin, Penzias və Wilsonun hesablarını təsdiqləməsi yalnız səkkiz dəqiqə davam etdi. KOBE, kainatın başlanğıcındakı böyük partlayışın qalıqlarını tapmışdı.
Big Bangın digər bir əhəmiyyətli dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. Günümüzdə aparılan hesablamalarla aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti, Big Bangdan artıq qalan hidrogen-helium nisbətinin nəzəri hesablamalarına uyğun gəlirdi. Əgər kainatın bir başlanğıcı olmasaydı və kainat sonsuzdan bəri var olsaydı, içindəki hidrogen tamamilə yanaraq heliuma çevrilmiş olardı. Bütün bu açıq dəlillər Big Bang nəzəriyyəsinin elm dünyasında qəti olaraq qəbul edilməsinə gətirib çıxardı. Big Bang modeli elmin, kainatın meydana gəlməsi və başlanğıcı haqqında çatdığı son nöqtə idi. Uzun illər sabit vəziyyət nəzəriyyəsini müdafiə edən Dennis Sciama, ard-arda gələn və Big Bangı isbat edən bütün bu dəlillər qarşısında içinə düşdükləri vəziyyəti belə izah edir:
Sabit vəziyyət nəzəriyyəsini müdafiə edənlərlə onu test edən və məncə onu çürütməyi ümid edən müşahidəçilər arasında, bir dövr çox sərt mübarizə vardı. Bu dövr içində mən də bir rol boynuma götürmüşdüm. Çünki həqiqətən inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün “sabit vəziyyət” nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin etibarsızlığını müdafiə edən dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyle bu dəlilləri qarşılamaqda lider rolunu boynuna götürmüşdü. Mən də yanında iştirak etmiş, bu düşməncə dəlillərə necə cavab verilə biləcəyi mövzusunda fikir irəli sürürdüm. Amma dəlillər yığıldıqca artıq oyunun bitdiyi və sabit vəziyyət nəzəriyyəsinin bir kənara buraxılması həqiqət ortaya çıxırdı. (Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, səh. 62-63)
Kaliforniya Universitetindən Prof. Corc Abell də "bu günkü mövcud dəlillər, kainatın milyardlarla il əvvəl Big Bang ilə başladığını göstərir. Big Bang nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz yoxdur" deyir.
Big Bangın bu zəfəri ilə birlikdə, materialist fəlsəfənin təməli olan "əzəli maddə" anlayışı da tarixə çevrildi. Yaxşı, o zaman Big Bangdan əvvəl nə vardı və "yox" olan kainatı bu böyük partlayış ilə "var" hala gətirən güc nə idi? Əlbəttə ki, bu sual, Ə.S. Eddingtonun ifadəsiylə materialistlər üçün "fəlsəfi olaraq zidd" olan həqiqəti, yəni bir Yaradıcının varlığını göstərir. Məşhur filosof Antony Flew, bu mövzuda bunları söyləyir:
"Etiraf etməyin insan ruhuna yaxşı gəldiyini söyləyərlər. Mən də bir etiraf edəcəyəm: Big Bang modeli, bir ateist baxımından olduqca sıxıntı vericidir. Çünki elm, dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir: Kainatın bir başlanğıcı olduğu iddiasını. Sadəcə kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz müddətcə, kainatın bu ankı varlığının mütləq bir şərhi olduğunu müdafiə edə bilərik. Mən hələ bu şərhə inanıram, amma bunu Big Bang qarşısında müdafiə etmənin çox asan və rahat bir vəziyyət olmadığını etiraf etməliyəm." (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, səh. 241)
Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı isə, kainatın yaradılışında sonsuz güc sahibi bir Yaradıcının varlığını qəbul etmiş vəziyyətdədir. Bu Yaradıcı, həm maddəni, həm də zamanı yaratmış olan, yəni hər ikisindən də müstəqil bir varlıqdır. Məşhur Amerikalı astrofizik Hugh Ross bu həqiqəti belə açıqlayar:
"Əgər zaman və maddə, partlayışla birlikdə ortaya çıxmışsa, o zaman kainatı meydana gətirən səbəbin, kainatdakı zaman və məkandan tamamilə müstəqil olması lazımdır. Bu bizə Yaradıcının kainatdakı bütün ölçülərin üzərində olduğunu göstərər. Eyni zamanda Yaradıcının, bəzilərinin müdafiə etdiyi kimi kainatın özü olmadığını və kainatı əhatə etdiyini, yalnız kainatın içindəki bir güc olmadığını sübut edər." (Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century Reveal God, Colorado: NavPress,  revised edition, 1995, səh. 76)
Maddə və zaman, bütün bu anlayışlardan müstəqil olan sonsuz güc sahibi olan Yaradıcı tərəfindən var edilmişdir. O Yaradıcı, göylərin və yerin Rəbbi olan Allahdır.
Allah bu həqiqətin elmi dəlillərini, 14 əsr əvvəl endirdiyi Kitabında bizlərə varlığının açıq-aşkar dəlilləri olaraq bildirmişdir.

 

KAİNATDAKI QÜSURSUZLUQ

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl uyğunluqla özləri üçün təyin edilmiş orbitlərində hərəkət edərlər. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dönərlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedərlər. Bu keçişdə, kainatdakı böyük nizamı pozacaq hər hansı toqquşma olmaz.
Kainatda sürət anlayışı dünya ölçüləriylə müqayisə edildiyində ağlı dayandıracaq ölçülərdədir. Milyardlarla, trilyonlarca ton ağırlığındakı ulduzlar, planetlər və riyazi dəyərləri ancaq riyaziyyatçıların anlaya biləcəyi böyüklükdəki qalaktikalar və qalaktika çoxluqları kosmos içində qorxunc bir sürətlə hərəkət edərlər.
Məsələn, Dünya saatda 1670 km. sürətlə öz oxu ətrafında dönər. Bu gün ən sürətli güllənin saatda orta hesabla, 1.800 km.-lik bir sürətə sahib olduğu düşünülsə, Dünyanın nəhəng ölçülərinə baxmayaraq sürətinin nə cür böyük olduğu aydın olar.
Dünyanın Günəş ətrafındakı sürəti isə güllənin təxminən 60 qatıdır: saatda 108.000 km. (Belə böyük bir sürətlə hərəkət edə bilən bir vasitə hazırlana bilsəydi Dünyanın ətrafını 22 dəqiqədə gəzəcəkdi.)
Verdiyimiz bu rəqəmlər yalnız dünya üçündür. Günəş sistemi isə daha da maraqlıdır. Bu sistemin sürəti məntiq sərhədlərini aşacaq dərəcədədir. Kainatda sistemlər böyüdükcə sürət artar. Məhz Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti: -Saatda tam 720.000 km., 200 milyard ulduzu bünyəsində saxlayan "Süd yolu qalaktikası"nın kosmos içindəki sürəti isə saatda 950.000 km. dir.
Bu heyrətamiz sürət, əslində Dünya üzərindəki həyatımızın pambıq ipinə bağlı olduğunu göstərər. Belə mürəkkəb və sürətli sistem içində nəhəng qəzaların meydana gəlməsi olduqca mümkündür. Ancaq Allahın ayədə bildirdiyi kimi, bütün bu sistem içində heç bir "ziddiyyət və uyğunsuzluq" yoxdur. Çünki kainat da bir məqsəd üzrə yaradılmışdır və Allahın qoyduğu tarazlığa görə işləyir.

 

ORBİTLƏR VƏ DÖNƏN KAİNAT

Kainatdakı böyük tarazlığın ən əhəmiyyətli səbəblərindən biri, şübhəsiz göy cisimlərinin müəyyən bir orbitlə hərəkət etməsidir. Bu orbitlərə, yaxın zamana qədər bilinmədiyi halda, Quranda da diqqət çəkilmişdir. Allah ayədə belə buyurur:

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33)

Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlə birlikdə dönür, kainat eynilə bir fabrikin mexanizmləri kimi incə bir nizam içində işləyir.
Kainatdakı orbitlər yalnız bəzi göy cisimlərinin hərəkəti deyil. Günəş sistemimiz hətta digər qalaktikalar, başqa mərkəzlər ətrafında böyük bir hərəkətlilik göstərərlər. Dünya və onunla birlikdə Günəş sistemi hər il, bir əvvəlki yerindən 500 milyon kilometr uzaqda olar. Göy cisimlərinin orbitlərindən ən kiçik bir sapmanın belə sistemi alt-üst edəcək qədər əhəmiyyətli nəticələr doğura biləcəyi hesablanmışdır. Məsələn, Dünya orbitində, normadan çox və ya az 3 millimetrlik bir dəyişiklik baxın nələrə yol aça bilərdi:
"Dünya Günəş ətrafında dönərkən elə bir orbit çəkər ki, hər 18 mildə doğru bir xətdən ancaq 2.8 mm ayrılar. Dünyanın çəkdiyi bu orbit tük qədər sapmaz, çünki; orbitdən 3mm.-lik bir sapma belə böyük fəlakətlər doğurardı: sapma 2.8 yerinə 2.5 mm. olsaydı orbit çox geniş olardı və hamımız donardıq, sapma 3.1 mm. olsaydı hamımız qovrularaq ölərdik." (Bilim ve Teknik Dergisi, İyul 1983)
Göy cisimlərinin bir başqa xüsusiyyəti də, orbitlərindən əlavə bir də öz ətraflarında dönmələridir. "Dönüşlü olan göyə and olsun." (Tariq surəsi, 11) isə tam da bu həqiqətə işarə edər.

 

QARANLIĞIN YARADILMASI

Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır. (Nəml surəsi, 86)


Diqqət yetirilsə, ayədə gecənin xüsusi olaraq yaradıldığı bildirilir. Bundan qısa bir müddət əvvələ qədər elm adamları kainatdakı ulduz sayını və buraxdıqları işığı hesabladıqlarında kainatın əslində həmişə işıqlı olmasının zəruri olduğu nəticəsinə varmışlar və qaranlığın səbəbini anlaya bilməmişlərdi. Bu mövzu ancaq qara dəliklərin kəşfiylə ortaya çıxdı. Çünki kainatın hər yerinə dağılmış olan qara dəliklər, sahib olduqları qorxunc cazibə sahələriylə ulduzların buraxdığı şüaları böyük ölçüdə udur və qaranlığa səbəb olurlar. Bir başqa sözlə, qaranlıq xüsusi olaraq edilir, yəni "yaradılır".

 

QARA DƏLİKLƏR

XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar bir çox yeni kəşflər edilmişdir. Müasir dövrdə hələ yeni tanınan bu cisimlərdən biri də qara dəliklərdir. Qara dəliklər, yanacağı tükənən bir ulduzun öz içinə doğru büzülməsi və ən sonunda, ulduz yerinə sərhədsiz sıxlıqda və sıfır həcmdə çox böyük bir cazibə sahəsinin ortaya çıxmasıyla meydana gəlir. Qara dəliyi, yerüstü cazibə qüvvəsi olduqca güclü olduğu və işıq içindən çıxa bilmədiyi üçün, ən böyük teleskoplarla belə görə bilmərik. Ancaq içinə çökən ulduz olduğu yerin ətrafına olan təsiriylə qəbul edilə bilər. Allah Vaqiə surəsində ulduzların yerləri üzərinə and içərək bu mövzuya belə diqqət çəkmişdir:

 

Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. (Vaqiə surəsi, 75-76)

"Qara dəlik" anlayışı ilk dəfə 1767-ci ildə İngilis elm adamı John Michell tərəfindən ortaya atılmış və "qara dəlik" ifadəsi isə ilk dəfə Amerika fiziki John Archibald Wheeler tərəfindən 1969-cu ildə istifadə edilmişdir. Əvvəllər, bütün ulduzları görə bildiyimizi fərz edərkən, sonrakı illərdə kosmosda işıqlarını görə bilmədiyimiz ulduzların da var olduqları aydın olmuşdur. Çünki enerjisi tükənən bu ulduzların işıqları da yox olur.
Qara dəlik, bir kütlənin, işığın artıq sıza bilməyəcəyi qədər kiçik bir sahədə toplanmasıdır. Şiddətli cazibə sahəsi, fotonları və ən sürətli parçacıqları da bu bölgəyə toplayar. Günəşin 3 qatı böyüklüyündəki kütləyə sahib tipik bir ulduzun yanması və partlaması nəticəsində yaranan qara dəliyin diametri yalnız 20 km qədərdir. Qara dəliklər "qara"dır, yəni birbaşa müşahidə etmək mümkün deyil. Özlərini bilvasitə olaraq, digər göy cisimlərinə tətbiq etdikləri yüksək cazibə qüvvələriylə müəyyən edərlər. Aşağıdakı ayədə də qiyamət günü təsvirləri ilə yanaşı, digər istiqamətiylə də qara dəliklərlə əlaqədar bu elmi kəşfə işarə edilə bilər:

Ulduzlar sönəcəyi zaman; (Mürsəlat surəsi, 8)

Ayrıca, böyük kütləyə sahib ulduzlar kosmosda bükülməyə səbəb olarlar. Lakin qara dəliklər yalnız kosmosda bükülməyə səbəb olmaz, eyni zamanda kosmosu yarıb keçərlər. Bu sönmüş ulduzların, qara dəliklər olaraq adlandırılmalarının səbəbi də budur. Tariq surəsinin üçüncü ayəsində isə "yaran ulduz"dan danışılır. Ayələrdə belə buyurulur:

 

And olsun səmaya və gecə yolçusuna! Sən nə bilirsən ki, gecə yolçusu nədir? Bu, qaranlıqları dəlib keçən ulduzdur. 
(Tariq surəsi 1-3)

 

Ayənin ərəbcəsində "dəlik" mənasını verən "sakb" kəlməsi kökündən, "dəlik açan, deşən və deşib keçən" mənalarını verən "essakibu" ifadəsindən istifadə edilir. Qara dəlikləri təsvir edən elmi nəşrlərdə isə "dəlik açmaq, deşmək" mənalarını verən "puncture" sözü istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda istifadə edilən bu söz son dərəcə hikmətlidir. Ayədə ulduzlarla əlaqədar bu məlumata da diqqət çəkilmiş olması, Quranın Alahın sözü olduğunu isbat edən bir başqa əhəmiyyətli məlumatdır.

 

GERİ ÇEVİRƏN GÖY

Qurani Kərimdə, Tariq surəsinin 11-ci ayəsində səmanın "geri çevirici" xüsusiyyətindən belə bəhs edilir:

Dönüşlü olan göyə and olsun. (Tariq surəsi, 11)

Quran tərcümələrində "dönüşlü" olaraq tərcümə edilən "reci" sözü, "geri çevirən" ya da "geri döndürən" mənalarını verir.
Bilindiyi kimi, Dünyanı əhatə edən atmosfer bir çox qatdan meydana gələr. Hər qatın, canlılığın faydası üçün əhəmiyyətli bir vəzifəsi vardır. Araşdırıldığı zaman hər təbəqənin özünə çatan maddə ya da şüaları kosmosa ya da yer üzünə geri çevirmə xüsusiyyətlərinin olduğu aydın olmuşdur. Burada atmosfer qatlarının geri çevirmə xüsusiyyətini bir neçə örnəklə araşdıraq.
Məsələn, 13 ilə 15 km yüksəklikdəki Troposfer təbəqəsi, yer üzündən yüksələn su buxarının sıxlaşıb yağmur olaraq yerə geri dönməsini təmin edər. 25 km yüksəklikdəki Stratosferin alt təbəqəsi olan Ozonosfer, kosmosdan gələn radiasiya və zərərli ultrabənövşəyi şüaları əks etdirərək, yer üzünə çatmadan kosmosa geri dönmələrini təmin edər. İonosfer təbəqəsi də yer üzündən yayılan radio dalğalarını bir peyk kimi yer üzünün fərqli bölgələrinə geri əks etdirərək, naqilsiz söhbətlərin, radio və televiziya verilişlərinin uzaq məsafələrdən izlənilə bilməsini təmin edər. Maqnitosfer təbəqəsi isə, Günəşdən və digər ulduzlardan yayılan zərərli radioaktiv parçacıqları, yer üzünə çatmadan kosmosa geri çevirər.
Göy üzünün təbəqələrinin hələ yaxın bir keçmişdə kəşf edilən bu xüsusiyyətinin əsrlərlə əvvəldən Quranda ifadə edilməsi, Quranın Allahın sözü olduğunu bir dəfə daha təsdiq edir.

 

GÜNƏŞ

Dünyadan 150 milyon km. uzaqda olmasına baxmayaraq, Günəş bizim üçün lazım olan enerjini fasiləsiz olaraq çatdırar.
Bu nəhəng enerjili göy cismində hidrogen atomları davamlı olaraq heliuma çevrilir. Hər saniyə 616 milyard ton hidrogen, 612 milyon ton heliuma çevrilir. Bu əsnada çölə verilən enerji 500 milyon hidrogen bombasının partlamasına bərabərdir.
Dünyada həyat Günəşdən gələn enerjiylə təmin edilir. Yer üzündəki tarazlığın davamı və canlılıq üçün lazım olan enerjinin 99%-i Günəşdən təmin edilər. Bəhsi keçən enerjinin yarısı gözlə görünər və işıq olaraq alınar. Geriyə qalan enerjinin böyük bir qismi gözlə görülməyən, amma istilik formasında ortaya çıxan infraqırmızı şüalardır.
Günəşin bir xüsusiyyəti də zəng kimi genlənib daralmasıdır. Bu hadisə hər beş dəqiqədən bir təkrarlanır, Günəşin səthi bu sırada saatda 1080 km. sürətlə, 3 km. qədər bizə doğru irəliləyib sonra geri dönür.
Günəş, Süd yolunu meydana gətirən 200 milyard ulduzdan biridir. Dünyadan 325.500 dəfə böyük olmasına baxmayaraq, kainatdakı kiçik ulduzlardan sayılır. Diametri 125 min işıq ili olan Süd yolunun mərkəzinə 30 min işıq ili uzaqlıqdadır. (1 işıq yılı= 9.460.800.000.000 km.)

 

GÜNƏŞIN GEDİŞ İSTİQAMƏTİ

Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin müəyyən bir orbiti olduğu vurğulanar:

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33)

Yuxarıdakı ayədə keçən "üzmə" sözü, ərəbcədə "səhərə" olaraq ifadə edilər və Günəşin kosmosdakı hərəkətini izah etmək üzrə istifadə edilir. Bu söz Günəşin kosmosda hərəkət edərkən idarəsiz olmadığı, oxu üzərində döndüyü və dönərkən bir yol izlədiyi mənasındadır. Günəşin sabit olmadığı müəyyən bir orbitdə yol aldığı, bir başqa ayədə də belə bildirilir:

Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. (Yasin Surəsi, 38)

Quranda bildirilən bu həqiqətlər, ancaq dövrümüzdəki astronomik müşahidələrlə aydın olmuşdur. Astronomiya mütəxəssislərinin hesablarına görə Günəş, Solar Apex adı verilən bir orbit boyunca Veqa Ulduzu istiqamətində saatda 720.000 km.-lik böyük bir sürətlə hərəkət edir. Bu, təxmini hesabla, Günəşin gündə 17 milyon 280 min km. yol qət etdiyini göstərər. Günəşlə birlikdə onun cazibə sistemi içindəki bütün planetlər və onların peykləri də eyni məsafəni qət edərlər.

ATMOSFERİN TƏBƏQƏLƏRİ

Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri, səmanın yeddi qat olaraq təşkil edildiyidir:

 

Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir. (Bəqərə surəsi, 29)

 

Sonra, tüstü halında olan göyə yönəldi... (Fussilət surəsi, 11)

 

O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı... (Fussilət surəsi, 12)

 

Quranda bir çox ayədə istifadə edilən göy sözü bütün kainatı ifadə etmək üçün istifadə edildiyi kimi, Dünya göyünü ifadə etmək üçün də istifadə edilər. Sözün bu mənası düşünüldüyündə, Dünya göyünün, bir başqa sözlə atmosferin, 7 təbəqədən meydana gəldiyi nəticəsi ortaya çıxır.
Necə ki, bu gün Yer atmosferinin üst-üstə düzülmüş fərqli qatlardan meydana gəldiyi bilinir. (http://royal.okanagan.bc.ca/mpidwirn/atmosphereandclimate/atmslayers.html; Michael Pidwirny, Atmospheric Layers, 1996) Kimyəvi tərkibi və ya hava istiliyi ölçü alınaraq edilən təsvirlərdə, Dünyanın atmosferi 7 qat olaraq təyin olunmuşdur. (http://www.tpub.com/weather3/4-27.htm) Bu gün hələ də 48 saatlıq hava proqnozunda istifadə edilən və "Limited Fine Mesh Model" (LFMII) olaraq adlandırılan atmosfer modelinə görə də atmosfer 7 qatdır. Müasir geoloji təsvirlərə görə atmosferin 7 qatı bu şəkildə sıralanır:
1- Troposfer
2- Stratosfer
3- Mezosfer
4- Termosfer
5- Ekzosfer
6- İonosfer
7- Maqnitosfer
Bu mövzuyla əlaqədar bir başqa möcüzəvi tərəf isə Fussilət surəsinin 12-ci ayəsində keçən "Hər bir göyə əmrini vəhy etdi" ifadəsində yer alır. Yəni ayədə Allahın hər təbəqəni müəyyən bir vəzifə ilə vəzifələndirdiyi ifadə edilir. Sonrakı hissələrdə daha təfərrüatlı araşdıracağımız kimi, yuxarıda saydığımız təbəqələrin hər birinin insanların və yer üzündəki bütün canlıların faydası baxımından çox vacib vəzifələri vardır. Yağışların meydana gəlməsindən zərərli şüaların əngəllənməsinə, radio dalğalarının əks etdirilməsindən meteoritlərin zərərsiz hala gətirilməsinə qədər hər təbəqənin özünə xas funksiyası var.
Aşağıdakı ayələr isə bizə atmosferin 7 qatının görünüşü ilə əlaqədar məlumat verir:

 

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? (Nuh surəsi, 15)

Yeddi göyü təbəqələr şəklində quran Odur... (Mülk surəsi, 3)

 

Bu ayələrdə Azərbaycan dilinə "uyğunlaşma" olaraq çevrilən ərəbcə "tibakan" sözü, eyni zamanda "təbəqə, bir şeyin uyğun olan qapağı və örtüsü" mənalarına da gəlir ki, üst qatın alt qata uyğunluğunu vurğulayar. Söz çoxluq istifadəsində isə "təbəqə təbəqə" mənası qazanır. Ayədə təsvir edilən təbəqə təbəqə halındakı göy, şübhəsiz atmosferi ən mükəmməl şəkildə ifadə edən şərhlərdir.
XX əsr texnologiyası olmadan təsbit edilməsi heç bir şəkildə mümkün olmayan bu məlumatların, 1400 il əvvəl endirilmiş olan Qurani Kərimdə açıq şəkildə bildirilməsi isə əlbəttə ki, çox böyük bir möcüzədir.

 

DÜNYANIN YUVARLAQLIĞI

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür... (Zumər surəsi, 5)

 

Quranın kainatı tanıdan ayələrində istifadə edilən ifadələr olduqca diqqət çəkicidir. Yuxardakı ayədə "bürüyür" olaraq tərcümə edilən ərəbcə söz "yukevviru"dur. Bu sözün Azərbaycan dilində qarşılığı, "yumru bir şeyin üzərinə bir cisim sarmaq"dır. (Məsələn, ərəbcə lüğətlərdə "başa sarıq sarmaq" kimi yumru cisimləri ehtiva edən hərəkətlər üçün bu söz istifadə edilər). Ayədə, gecənin və gündüzün bir-birlərinin üzərlərini sarıb-örtmələri mövzusunda verilən məlumat, eyni zamanda Dünyanın forması mövzusunda qəti məlumat ehtiva edir. Ancaq və ancaq Dünyanın yumru olması vəziyyətində bu ayədə ifadə edilən hərəkət reallaşa bilər. Yəni Vll əsrdə endirilən Quranda Dünyanın yumru olduğuna işarə edilmişdir.
Unutmamaq lazımdır ki, o dövrdəki astronomiya anlayışı Dünyanı daha fərqli qəbul edirdi. O dövrdə Dünyanın düz səth olduğu düşünülürdü və bütün elmi hesab və şərhlər də buna görə edilirdi. Quranda isə o zamanın səhv məlumatları ilə əlaqədar heç bir ifadəyə rast gəlmərik. Əksinə, Quran ayələri bizə hələ bu əsrdə öyrəndiyimiz məlumatları verir. Quran Allahın sözü olduğu üçün kainatı təsvir edərkən olduqca ən doğru sözlər istifadə edilmişdir.

 

DAĞLARIN ZƏLZƏLƏLƏRİ ƏNGƏLLƏMƏSİ

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır… (Loğman surəsi, 10)

 

Məgər Biz yeri yataq etmədikmi? Dağları da payalar?! (Nəbə surəsi, 6-7)

 

Geoloji kəşflər nəticəsində dağlar haqqında əldə edilən məlumatlar Quran ayələriylə tam bir uyğunluq təşkil edir. Dağların ən əhəmiyyətli xüsusiyyətlərindən biri bir-birinə yaxınlaşaraq sıxışan yer təbəqələrinin birləşmə nöqtələrində yüksəlmələri və bu təbəqələri sabitləşdirmələridir. Bu xüsusiyyətləriylə dağlar taxtaları bir yerdə tutan mismarlara bənzədilə bilər.
Bununla yanaşı dağların yer qabığına etdiyi təzyiq, Dünyanın mərkəzindəki maqma hərəkətlərinin təsirinin yer üzünə çataraq yer qabığını parçalamasına mane olar.

 

YARADILIŞDAKI CÜTLƏR

Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
(Yasin surəsi, 36)

 

Erkəklik və dişilik, "cüt" anlayışının bir qarşılığı olmaqla yanaşı, ayədə bəhs edilən "bilmədikləri nə qədər şeylərdən" ifadəsi daha geniş məna ehtiva edir. Necə ki, maddənin cütlər halında yaradıldığını ortaya qoyan İngilis elm adamı Paul Dirac, 1933-cü ildə Nobel Fizika Mükafatını qazandı. "Parite" adı verilən bu görüş, maddənin anti maddə deyilən bir cütü olduğunu ortaya qoymuşdur. Anti-maddə, maddənin tərsi olan xüsusiyyətlər daşıyar. Məsələn, maddənin tərsinə anti-maddənin elektronları müsbət, protonları da mənfi yüklüdür. Bu həqiqət elmi bir qaynaqda belə ifadə edilir:
... Hər parçacığın zidd yükdə bir antiparçacığı vardır. Qərarsızlıq əlaqəsi bizə bu cütlərin yaranması və yox olmasının hər yerdə və hər vaxt eyni anda meydana gəldiyini göstərir. (http://www.2think.org/nothingness.shtml; Nothingness: The Science of Empty Space, Henning Genz, s. 205)
Yaradılışdakı cütlərə bir başqa nümunə də bitkilərdir. Botaniklər bitkilərdə cinsiyyət ayrı-seçkiliyi olduğunu ancaq 100 il əvvəl kəşf edə bilmişlər. Halbuki, bitkilərin cütlər halında yaradıldığı Quranda 1400 il əvvəl ayələrlə açıq şəkildə bildirilmişdir:

 

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. (Loğman surəsi, 10)

 

O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. (Taha surəsi, 53)

 

Eyni şəkildə meyvələr də dişi və erkək olaraq fərqli strukturlara sahibdirlər. Quranda bu məlumat Rad surəsinin 3-cü ayəsində ifadə edilir:

 

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 3)

 

Ayədə "cüt" olaraq tərcümə edilən "zevceyni" sözü, ərəbcədə "yoldaş" mənasında istifadə edilən "zevc" sözündən gəlir. Bilindiyi kimi, yetkinləşən bitkilərin məhsullarının son şəkli meyvələridir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəkcik və dişicik orqanları var. Çiçəyə tozcuq daşınaraq döllənmə reallaşdığında –erkək və dişi çoxaltma hüceyrələri birləşdiyində- meyvə verməyə başlayar. Zaman içərisində meyvə yetkinləşər və toxum tökməyə başlayar. Bu həqiqət -meyvələrdə fərqli cinsiyyətlərə aid xüsusiyyətlər olduğu- Quranda işarə edilən bir başqa elmi məlumatdır.

 

DƏNİZLƏRİN BİR-BİRİNƏ QARIŞMAMASI

 

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər.
(Rəhman surəsi, 19-20)

 

Yuxarıdakı ayədə, bilinən iki su kütləsinin bir-birləriylə qarşılaşıb birləşdiyi, lakin bir maneə səbəbiylə qarışmadıqları vurğulanır. Bu necə ola bilər? Normal olaraq gözlənilən iki dənizin bir-birləriylə qarşılaşdığında sularının qarışaraq həm duzluluq nisbətlərinin, həm də istiliklərinin bərabərləşməyə doğru getməsidir. Halbuki, hadisə belə deyil. Məsələn, Aralıq dənizi və Atlantik okeanı, Qırmızı dəniz və Hind okeanı bir-birləriylə əyani olaraq birləşsələr də suları bir-birinə qarışmır. Bunun səbəbi aralarındakı bir maneədir. Bu maneə isə "səth gərginliyi" olaraq bilinən qüvvədir.

 

DƏMİRDƏKİ SİRR

Dəmir, Quranda diqqət çəkilən elementlərdən biridir. Quranın "Hədid", yəni "Dəmir" adlı surəsində belə buyurular:

 

... Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik... (Hədid surəsi, 25)

 

Dəmir dünya üzərində üçüncü ən geniş yayılmış elementdir və yer qabığının 5 faizini meydana gətirər. Dəmir elementi, Dünyada bu qədər çox miqdarda olmasına baxmayaraq, dəmirin meydana gəlməsi Dünya xaricində reallaşmışdır. Müasir astronomik kəşflər, Dünyadakı dəmir mədəninin xarici kosmosdakı nəhəng ulduzlardan gəldiyini ortaya qoymuşdur.
Quranda bu elmi həqiqət möcüzəvi bir şəkildə bildirilir. Hədid surəsinin 25-ci ayəsində, dəmir üçün istifadə edilən "enzelna" yəni "endirmə" sözü, məcazi olaraq insanların xidmətinə verilmə mənasında düşünülə bilər. Lakin sözün, yağış və günəş şüaları üçün istifadə edilən "göydən fiziki olaraq endirmə" şəklindəki həqiqi mənası diqqətə alındığında, ayənin yuxarıda ifadə etdiyimiz bu əhəmiyyətli elmi həqiqətə işarə etdiyi görülür. Yalnız Dünyadakı deyil, bütün Günəş sistemindəki dəmir, xarici kosmosdan əldə edilmişdir. Çünki Günəşin istiliyi dəmir elementinin meydana gəlməsi üçün kafi deyil. Günəşin 60000C-lik səth istiliyi və 20 milyon 0C-lik nüvə istiliyi vardır. Dəmir ancaq Günəşdən çox daha böyük ulduzlarda, bir neçə yüz milyon dərəcəyə çatan istiliklərdə meydana gələ bilir. Nova və ya Supernova olaraq adlandırılan bu ulduzlardakı dəmir miqdarı müəyyən bir nisbəti keçincə, artıq ulduz bunu daşıya bilməz və partlayar. Dəmirin kosmosa dağılması məhz bu partlayışlar nəticəsində mümkün olar. (Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, ss. 110-111; http://www.wamy.co.uk/announcements3.html)
Elmi bir qaynaqda bu mövzu ilə əlaqədar olaraq bu məlumatlar yer alır:
Daha yaşlı Supernova hadisələrini göstərən dəlillər də vardır: Dəniz dibində yığılan dəmir-60, təxminən 5 milyon il əvvəl Günəşdən 90 işıq ili uzaqlıqda meydana gələn bir Supernova partlayışının dəlili olaraq şərh olunmuşdur. Supernova partlayışında yaranan dəmir-60, 1.5 milyon il yarm ömrü olan radioaktiv bir izotopdur. Dünyanın yeraltı qatlarında olan dəmir-60 izotopu, yaxın kosmosda olan elementlərin nükleosintez keçirib, əvvəl Yerin atmosferinə, oradan da yeraltı qatlarına batması nəticəsində meydana gəlmişdir.
 (http://www.istanbul.edu.tr/fen/astronomy/populer/cevre/cevresi.htm)
Bütün bunlardan aydın olacağı kimi, dəmir mədəni Dünyada meydana gəlməmiş, Supernovalardan daşınaraq, eyni ayədə bildirildiyi şəkildə "endirilmişdir". Bu məlumatın Quranın endirilmiş olduğu Vll əsrdə elmi olaraq təsbit edilə bilməyəcəyi isə açıqdır. Ancaq bu həqiqət, hər şeyi sonsuz məlumatıyla əhatə edən Allahın sözü olan Quranda yer alır.
Müasir astronomiya məlumatları bizə digər elementlərin də Dünyanın xaricində meydana gəldiyini göstərir. Ayədəki "dəmiri də endirdik" ifadəsində keçən "də" vurğusu bu həqiqətə diqqət çəkə bilər. Ancaq ayədə, dəmirə xüsusilə diqqət çəkilməsi isə, XX əsrin sonlarında əldə edilən məlumatlar diqqətə alındığında son dərəcə düşündürücüdür. Məşhur mikrobioloq Micheal Denton, Nature's Destiny (Təbiətin Qədəri) adlı kitabında dəmirin əhəmiyyətini bu sözləriylə vurğulamışdır:
Bütün metallar içində dəmirdən daha çox vacib əhəmiyyət daşıyanı yoxdur. Bir ulduzun nüvəsində dəmirin yığılması supernova partlayışını meydana gətirər və beləcə həyat üçün lazımlı olan atomların bütün kainata yayılmasına imkan verər. Dəmir atomlarının Dünyanın ilk mərhələlərində nüvədə meydana gətirdiyi cazibəylə çıxarılan istilik, Dünyanın başlanğıcdakı kimyəvi fərqliliklərə səbəb olmuş və atmosferin meydana gəlməsi ilə nəticədə hidrosferin meydana gəlməsini təmin etmişdir. Dünyanın mərkəzində olan ərimiş dəmir, nəhəng bir maqnit vəzifəsini yerinə yetirər və dünyanın maqnit sahəsini meydana gətirər. Bu sahə sayəsində Dünyanın səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan qoruyan Van Allen radiasiya qurşaqları meydana gələr və vacib əhəmiyyət daşıyan ozon təbəqəsini kosmik şüa dağıtmasından qoruyar..
Dəmir atomu olmadan kainatda karbona bağlı həyat olması mümkün olmazdı; supernovalar olmaz, Dünyanın ilk dövrlərində isinməsi reallaşmaz, atmosfer ya da hidrosfer olmazdı. Qoruyucu maqnitsahə olmaz, Van Allen radiasiya qurşaqları meydana gəlməz, ozon təbəqəsi olmaz, (insan qanında) hemoqlobini meydana gətirəcək heç bir metal olmaz, oksigenin reaktivliyini yatıracaq metal meydana gəlməz və oksidləşməyə əsaslanan maddələr mübadiləsi meydana gəlməzdi.
Həyat və dəmir ilə qanın qırmızı rəngiylə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə yalnız metalların bioloji baxımdan əhəmiyyətli olduğunu göstərməklə qalmaz, eyni zamanda kainatın bioloji istiqamətdən əhəmiyyətini vurğulayar. (Michael J. Denton, Nature's Destiny, The Free Press, 1998, s. 198)
Dəmir atomunun əhəmiyyəti, bu şərhlərlə rahatlıqla aydın olur. Quranda xüsusilə dəmirə diqqət çəkilməsi də bu mədənin əhəmiyyətini vurğulayır. Peyğəmbərimiz (s.ə.v) dövründə dəmirdən istifadə edilir və müxtəlif alətlər emal edilirdi; ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqındakı məlumatlar çox qeyri-kafi idi. Dünyanın nüvəsində dəmir olduğu, insanın qanında dəmir olduğu və dəmirin canlılıq üçün vacib əhəmiyyəti, XX əsrə qədər hələ bilinməyən həqiqətlər idi. Bütün bunlarla yanaşı Quranda dəmirin əhəmiyyətinə diqqət çəkən bir sirr daha vardır.
İçində dəmirdən bəhs edilən Hədid surəsinin 25-ci ayəsi iki riyazi şifrə ehtiva edir:
"Əl-Hədid", Quranın 57-ci surəsidir. "Əl-hədid" sözünün ərəbcədəki ədədi dəyəri, yəni əbcədi hesablandığında qarşımıza çıxan rəqəm də eynidir: "57". (Əbcəd hesabları ilə əlaqədar məlumat üçün baxın. Quranda Əbcəd Hesabı bölməsi)
Yalnız "hədid" sözünün ədədi dəyəri 26-dır. 26 sayı isə dəmirin atom nömrəsidir.

 

QURANDA SÖZ TƏKRARLARI

Quranın indiyə qədər araşdırdığımız möcüzəvi xüsusiyyətindən başqa bir də "riyazi möcüzə"si vardır. Bu möcüzəyə bir nümunə, Qurandakı söz təkrarlarının sayıdır. Bir-biriylə əlaqədar bəzi sözlər təəccüblü bir şəkildə eyni ədəddə təkrarlanar. Aşağıda bu cür sözlər və Quran içindəki təkrarlanan ədədlər verilmişdir.
"Yeddi Göy" təbiri 7 dəfə keçir. "Göylərin yaradılışı (xalqı səmavat)"
ifadəsi də 7 dəfə təkrarlanar.
"Gün (yəvm)" tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "Günlər (eyyam və
yevmeyn)" sözləri 30 dəfə təkrarlanar. Ay sözünün təkrar sayı isə 12-dir.
"Xəyanət" sözü 16 dəfə keçərkən, "xəbis" sözünün təkrar sayı da 16.
"Bitki" və "ağac" sözlərinin təkrar sayı eyni: 26.
"Cəza" sözü 117 dəfə yer alarkən, Quranın təməl prinsiplərdən olan "əfv
etmək" ifadəsi bu ədədin tam 2 misli qədər yəni 234 dəfə təkrarlanır.
"De" sözlərini saydığımızda çıxan nəticə 332. "Dedilər" sözünü
saydığımızda da eyni rəqəmi görürük.
"Dünya" sözü və "axirət" sözünün təkrarlanma sayları də eyni: 115.
"Şeytan" sözü 88 dəfə keçir. "Mələk" sözünün təkrar sayı da 88.
"İman" (tamamlanmadan) sözü Quran boyunca 25 dəfə təkrarlanar,
"küfr" sözü də...
"Zəkat" sözü 32 dəfə təkrarlanarkən, "bərəkət" sözünün təkrarlanma
sayı da 32.
"Rəhmət" sözü 79, "hidayət" sözü də 79 dəfə təkrarlanar.
"Yaxşılar (ebrar)" 6 dəfə, facirler isə tam yarısı qədər yəni 3 dəfə keçər.
"Yaz- isti" sözləri ilə "Qış-soyuq" sözlərinin keçmə sayları da eyni: 5.
"Sizi (insanı) yaratdı" ifadəsi və "qulluq" sözünün keçmə saylar da eyni: 16.
"Şərab (hımr)" və "sərxoşluq (sekere)" sözləri də eyni ədəddə təkrarlanar: 6.
"Zənginlik" 26 və "kasıblıq" isə yarısı qədər, 13 dəfə keçər.
"İnsan" 65 dəfə keçər; insanın yaradılış mərhələlərinin sayının cəmi də
eynidir:
Torpaq (turabun)  17
Sperma (nutfun)  12
Embrion (ələq)  06
Bir dişləmlik ət (meda a)         03
Sümük (ızamun)  15
ət (lehmun12
                           CƏMİ 65

 

QURANDA 19-LAR

Quranın riyazi möcüzəsinin bir başqa nümunəsi isə 19 sayının ayələrin içinə şifrəvi bir şəkildə yerləşdirilmiş olmasıdır. Muddəssir surəsinin 30-cu ayəsində diqqət çəkilən bu ədəd, Quranın bəzi yerlərində şifrələnmişdir. Bunun nümunələrini belə saya bilərik:
Bəsmələ 19 hərfdir.
Quran 114 (19x6) surədən meydana gələr.
İlk vəhy edilən 96-cı surə sondan 19-cu surədir.
İlk vəhy olan, 96-cı surənin ilk 5 ayəsi, tam 19 sözdən meydana gələr.
Bu 19 söz 76 (19x4) hərfdir.
Vəhy edilən ilk surə 19 ayəyə sahibdir.
Son vəhy edilən surə olan Nəsr 19 sözdür. Ayrıca bu surənin
Allahın köməyindən danışan ilk ayəsi də 19 hərfdir.
Quranda 114 (19x6) bəsmələ olar.
Quranda başında əvvəlində olmayan tək surə 9 nömrəli Tövbə surəsidir. Bu surədən əvvəl yer alan 8-ci surədən 19 surə sonra gələn 27 nömrəli Nəml surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində bəsmələ vardır. Bəsmələləri 114-ə tamamlayan 27 surənin 30 ayəsidir. Surə və ayə nömrələrini yəni 27 və 30-u yığdığımızda 57 (19x3) sayını taparıq.
Quranda keçən cəmi "Allah" sayı 2698 (19x142)dir.
Quranda keçən cəmi "rəhm" sayı 114 (19x6)dır.
Quranda keçən bütün ədədləri (təkrarları diqqət alınmadan) yığdığımızda
çıxan ədəd 162.146 yəni 19x8534-dür. (1+2+3+4+5+6+7+8+9+10+11+12+19+ 20+30+40+50+60+70+80+99+100+200+300+1000+2000+3000+5000+50000+100000)
Başlanğıc hərfli ilk surə ilə başlanğıc hərfli son surə arasında 38 (19x2) ədəd
başlanğıc hərfsiz surə vardır.
29 surənin əvvəlində 14 hərfdən ibarət olan 14 dəyişik hərf kombinezonu
olar. 29+14+14=57 (19x3)
Allahın adlarından dördünün ədədi əbcəd dəyəri 19-un tam qatıdır.
Vahid (tək) 19 (19x1)
Zulfadlil əzm (Böyük lütf sahibi) 2698 (19x142)
Məcid (Uca) 57 (19x3)
Məscid 114 (19x6)
Quranın əvvəlindən 19 ayəyə sahib ilk surəsi İnfitar surəsidir. Bu surənin digər bir xüsusiyyəti son sözünün Allah olmasıdır. Bu eyni zamanda Qurandakı sondan 19-cu Allah sözüdür.
Surə nömrələri 19-un qatı olan surələrin ayə ədədlərini (bəsmələ daxil) yığdığımızda:
Surə Nömrə  Ayə Sayı
                      19-cu surə   99
38-ci surə   89
57-ci surə   30
76-cı surə   32
95-ci surə    9
114-cü surə   7
                                   CƏMİ  266 (19x14)
        Qaf hərfi ilə başlayan 50-ci surədə 57 (19x3) ədəd qaf hərfi vardır. Başında
qaf hərfi olan 42-ci surədə yenə 57 (19x3) ədəd qaf hərfi var. 50-ci surənin 45 ayəsi vardır. Bunları toplasaq, nəticə 95 (19x5)-dir. 42-ci surənin 53 ayəsi vardır. Bunları toplasaq, 42+53 yenə 95 (19x5)-dir.
Qaf surəsinin ilk ayəsində Quran üçün istifadə edilən Məcid sözünün əbcəd
dəyəri 57(19x3)-dür. Eyni şəkildə surə içindəki qaf hərflərinin cəmi də 57-dir.
Qaf surəsindəki qaf hərflərinin keçdiyi ayələrin nömrəsini yığdığımızda
19-un 42 qatı olan 798 sayını əldə edərik. 42 sayı isə başlanğıc hərfləri arasında qaf olan digər bir surənin nömrəsidir.
Nun hərfi yalnız 68-ci surənin başında var. Bu surədəki nun hərflərinin
cəmi sayı 133 (19x7)-dir.
Bütün Quranda;
Rəsul (elçi) sözü 513 (19x27) dəfə,
Etiu (itaət edin) sözü 19 dəfə,
Rəbb (tam olaraq istifadə edilməyənlər) sözü 152 (8x19) dəfə,
Abd (qul), Abid (qulluq edən adam) və ibadət sözləri isə cəmi 152
(8x19) dəfə keçir.

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.